Siyasət

Qarabağın minalardan təmizlənməsinə neçə il lazımdır? - ANAMA açıqladı

1 Sentyabr, 2021
834

Rəsmi səhifə

Ötən həftə,  23.08-2021-ci ildən 28.08.2021-ci ilədək olan müddətdə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA)  Qarabağda 179 hektar ərazini təmizləyib, 77 piyada  əleyhinə, 51 tank əleyhinə minanı, 107 nəfər partlamamış əşyanı zərərsizləşdirib. 

Bu barədə Agentlikdən verilən məlumatda deyilir.

Bu müddətdə Qarabağda 4 min hektara yaxın ərazi təmizlənib.

Qurumun direktoru Qəzənfər Əhmədovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə 14 min kvadrat kilometrlik hissənin təmizlənməsi tələb olunur ki, bu da 13 ilə qədər gərgin vaxt apara bilər. Onun sözlərinə görə, çətinlik ondadır ki, ermənilər bölgəni tərk edərkən əsas iqtisadi obyektləri - elektrik xətlərini, su rezervuarlarını, həmçinin qəbiristanlıqları minalayıblar.

Prezident İlham Əliyev 2021-ci ildə Qarabağda minalardan təmizləmə işlərinə 60 milyon dollardan artıq vəsaitin ayrılmasını tapşırıb.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo