Siyasət

Qaribaşvilinin Bakıya səfəri: ekspertlər nə düşünür? 

Şahbala Şahbaladov
8 May, 2021
2166

President.az

“Gürcülər Keşikçidağ monastırına iddialarından əl çəkmirlər, amma burada Azərbaycanın da maraqları nəzərə alınmalıdır”. 

Bunu siyasi şərhçi Elxan Şahinoğlu “Toplum TV”-yə Qaribaşvilinin Bakıya səfərini şərh edərkən deyib. 

Mayın 5-də İlham Əliyev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşündə iki ölkə arasındaki tarixə dayanan dostluq əlaqələrindən, investisiyalardan və buna bənzər strateji tərəfdaşlıqdan danışıblar. 

Elxan Şahinoğlu - Sosial Media

Elxan Şahinoğlu deyir ki, iki ölkə arasında sıx siyasi-iqtisadi əlaqələr olsa da, Qaribaşvilinin səfəri ümumi mesajlarla başa çatıb, sərhədlərlə bağlı konkret nəsə deyilməyib: "Çox güman ki, Qaribaşvili sərhədlərin müəyyənləşdirilməsi üçün Bakıya səfər edib. Böyük ehtimal qapalı görüşdə əməkdaşlıq məsələləri də müzakirə edilib. Lakin mətbuat konfransında Gürcüstan sərhədlərinin müəyyənləşdirilməsi prosesinin sürətləndirilməsi vurğulanıb. Biz bunun əleyhinə deyilik, amma burada Azərbaycanın da maraqları nəzərə alınmalıdır, çünkü onlar Keşikçidağ monastırı iddialarından əl çəkmirlər, bizim isə öz milli maraqlarımız var. Gürcüstan tərəfdaş dövlətdir, bu məsələni müəyyənləşdirməliyik, amma tələsmək də lazım deyil. Bu sərhədlərin böyük hissəsi müəyyənləşib, qalan kiçik bir hissəyə isə gürcüstanın müəyyən iddiaları var. Bu kiçik hissənin müəyyən edilməsi üçün danışıqlar davam etməlidir, qısa müddətdə həll edə ebilmərik”.

Azər Qasımlı: “Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır"

Politoloq Azər Qasımlı isə hesab edir ki, Keşikçidağ məbədi Gürcüstan tarixinə və dininə aiddir: “Bunu Azərbaycanda hamı qəbul edir. Eyni zamanda da, bu abidənin Azərbaycan ərazisində yerləşdiyi və Gürcüstana verilməyəcəyi də hamıya məlumdur. Sadəcə, Gürcüstan vətəndaşları və din xadimləri üçün monastırı ziyarət, öz dini etiqatına uyğun olaraq ibadət etmək üçün şərait yaradılmalıdır. Onlar ziyarətlərini rahatlıqla edə bilməlidirlər”.

Azər Qasımlı - Sosial Media

Görüşü şərh edən politoloq ehtimal edir ki, səfər zamanı Gürcüstanın Baş naziri Azərbaycandan hansısa maliyyə dəstəyi istəyə bilər: “Pandemiya dönəmində Gürcüstan iqtisadiyyatında da müəyyən problemləri oldu, amma Azərbaycanın hələki neft fondu və müəyyən rezevrləri, imkanları var. İkinci məsələ isə Qafqaz bölgəsində olan vəziyyət, Rusiyanın bu proseslərə münasibəti, Qarabağ münaqişəsindən sonra Qarabağda yerləşməsi və regionun təhlükəsizliyi mövzuları müzakirə oluna bilərdi. Eyni zamanda ola bilsin ki, Gürcüstan və Azərbaycan arasında ictimaiyyətin xəbərdar olmadığı yeni layihələr müzakirə olunub”. 

Azər Qasımlı Gürcüstanın Azərbaycan üçün əhəmiyyətli ölkə olduğunu düşünür: “Əgər 10 noyabr razılaşmasına əsasən Zəngəzur dəhlizi yaradılarsa belə, bəyanatda bu dəhlizə rus əsgərlərinin nəzarət edəcəyi açıq şəkildə yazılıb. Bu da hesab edirəm ki, bizim istəklərimiz çərçivəsində deyil. Əgər belə bir komunikasiya olacaqsa, tam sərbəst olmalıdır. Ruslar nəzarət edəcəksə, orda rüşvət, kobud davranışlar və buna bənzər problemlər yaşanacaq. Ona görə də düşünərəm ki, Gürcüstan Azərbaycan üçün hər zaman əhəmiyyətli idi və belə də qalacaq. Yaxşı olar ki, Gürcüstan Rusiyanın tərsiri altına düşməsin, hər zaman azad qalsın. Ümumiyyətlə, hesab edirəm ki, Gürcüstan Azərbaycan üçün Avropaya açılan qapıdır.  Azərbaycan istəyər ki, bu qapı hər zaman açıq qalsın və bunun sayəsində biz Avropaya yaxınlaşa bilək”.

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Ermənistanla sərhəddə və Qarabağda atəşkəs pozulub

30 May 2023

Rəsmi səhifə

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub. Toplum TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, Ermənistan bölmələri Azərbaycanın Tovuz, Kəlbəcər və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. https://toplum.tv/siyaset/pqarabag-seperatccedililari-eliyeve-cavab-verdip Həmçinin Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam, Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin atəşə tutulduğu xəbər verilib.  "Qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb", - deyə Müdafiə Nazirliyindən bildirilib. 
Siyasət

İsrail Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

30 May 2023

Açıq mənbələrdən götürülüb

İsrail Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib. Toplum TV xəbər verir ki, İsxaq Hersoqu və xanımı Mixal Hersoqu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar. İsxaqın Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə görüşü gözlənilir. Ötən ay İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycana səfəri baş tutmuşdu.  Martın 28-də isə Azərbaycanın İsraildəki səfirliyinin rəsmi açılış mərasimi olub. Azərbaycanın bu ölkədəki səfiri vəzifəsini Muxtar Məmmədov icra edir.  Azərbaycanın İsrail Tel-Əviv şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sərəncamı Prezident İlham Əliyev ötən il noyabrın 26-da imzalayıb.

Seçilmiş Videolar

Toplum TV loqo