Siyasət

Qazilər Milli Məclisin qarşısında etiraz aksiyası keçirir

Vüsalə Mikayıl
13 İyul, 2022
209

Sosial Mediadan skrin

Bu gün, iyulun 13-də bir qrup İkinci Qarabağ müharibəsi iştirakçısı Milli Məclisin qarşısında etiraz aksiyası keçirib. 

İştirakçıların tələbi şikayətlərinə baxılmasıdır. 

Aksiyada müharibə iştirakçısı olduğunu deyən Elnur Rüstəmov intiharlara son verilməsi üçün aidiyyatı qurumların addımlar atmağa səsləyib:

“Sabirabadda  iki dəfə intihar hadisəsi baş verib. Biz də bura gəlmişik ki, qazilərin intiharına son verilsin. Bizə də rahat yaşamağa aman versinlər. Artıq bəsdir, bu qədər yetər. Qazilərin maddi durumlarında problemlər var. Mənə əlillik verməkdən imtina ediblər. Yalandan söz verirlər ki, bu gün-sabah, bayramdan sonra. Bayram da qurtardı, amma heç nə təmin olunmadı”.

İyulun 10-da Sabirabad Rayon İcra Hakimiyyətinin önündə “Mauqli” ləqəbli qazi Elvin Cəfərov  özünü yandıraraq intihara cəhd edib. 

Elvin Cəfərov 44 günlük İkinci Qarabağ müharibəsində iştirak edib.

O, iyulun 10-da vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanaya gətirilsə də, iyulun 12-də vəfat edib.

İkinci Qarabağ müharibəsindən sonra ölkədə 36 qazi intihar edib. Onlar sosial vəziyyətlərinin ağırlığından və aidiyyatı qurumların müraciətlərinə baxmadığından şikayətləniblər.
 

Siyasət

İsrailin Azərbaycandakı səfiri İran barədə: Bu qatil rejimin hədələrini ciddi qəbul edin

16 Avqust 2022

Sosial mediadan skrinşot

İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün, avqustun 16-da "tvitter"də britaniyalı yazıçı Salman Rüşdinin bıçaqlanmasıyla bağlı video müraciət yayıb.  Corc Dik müraciətində deyib:  "İranın Azərbaycandakı səfiri yaxınlarda məni ölümlə təhdid etdi. O, "tvitter"də yazdı ki, mən qırmızı xətti keçmişəm, ona görə də İran xalqı məni dəfn edəcək. İndi siz Salman Rüşdinin bıçaqlandığını eşidərkən mənim nə düşündüyümü təsəvvür edə bilərsiniz. Çünki İran həm də demişdi ki, o, [Salman Rüşdi] qırmızı xətti keçib və onu da ölümlə hədələmişdi. Və terrorçu onu günün günorta çağl öldürməyə cəhd etdi. Ona görə də indi siz mənim müəyyən qədər şəxsi hisslərimi təsəvvür edə bilərsiniz.  https://toplum.tv/siyaset/iranin-azerbaycandaki-sefiri-israilli-hemkarini-tehdid-etdi Həftələr...
Siyasət

Qarabağ Azadlıq Təşkilatı adını dəyişir, partiyaya çevrilir

16 Avqust 2022

Açıq mənbələrdən götürülüb

Qarabağ Azadlıq Təşkilatı adını dəyişib Azad Vətən Partiyasına çevriləcək.  Bunu təşkilatın sədri Akif Nağı avqustun 16-da APA-ya açıqlamasında deyib. Onun sözlərinə görə, qanunvericilik təşkilatın yenidən təşkilinə icazə verir. Bununla əlaqədar Təşkilat Komitəsi yaradılıb, sabah qurultay keçiriləcək. Qurultayda Qarabağ Azadlıq Təşkilatının Azad Vətən Partiyasına çevrilməsi barədə qərar qəbul ediləcək. Partiya sədrliyinə namizəd Akif Nağıdır. "Qarabağ Azadlıq Təşkilatı" - 1993-cü ildə yaradılıb.  Təşkilatın ilk adı Qarabağ Azadlıq Hərəkatı olub, 2000- ci il yanvarın 28-də keçirilən qurultayda adın indiki forması - Qarabağ Azadlıq Təşkilatı qəbul olunub. 

Seçilmiş Videolar

Toplum TV loqo