Siyasət

RATİ hüquq müdafiəçisi İlham Təhməzovu azad etməyə çağırıb

14 İyun, 2022
128

Açıq mənbələrdən götürülüb

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) hüquq müdafiəçisi İlham Təhməzovun (İlham Aslanoğlu) diffamasiya ittihamı ilə həbsini qınayır və onun dərhal azadlığa buraxılmasını tələb edir.

Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilir. 

"RATİ Azərbaycan hakimiyyətini ölkədə jurnalistlərin və hüquq müdafiəçilərinin peşəkar fəaliyyəti üçün təhlükəsiz mühiti təmin etməyə və zəmanət verməyə, tənqidçilərə qarşı siyasi motivli təqibləri dayandırmağa, bütün vicdan məhbuslarını dərhal azadlığa buraxmağa və pozulmuş hüquqlarını tam bərpa etməyə çağırır", - deyə RATİ-nin bəyanatında qeyd edilib.

2022-ci il iyunun 9-da Yevlax Rayon Məhkəməsi İlham Təhməzovu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə təqsirli bilib və 6 ay müddətinə azadlıqdan məhrum edib.

Cinayət təqibinə səbəb hüquq müdafiəçisinin "AzerFreedom" yutub kanalına müsahibəsi zamanı 2017-ci ildə "Tərtər işi" çərçivəsində baş verən kütləvi işgəncələrlə bağlı səsləndirdiyi açıqlamalar olub, o zaman Ermənistanın xeyrinə casusluqda ittiham edilən 200-dən çox hərbçi və mülki şəxs işgəncələrə məruz qalıb, onlardan 11 nəfəri işgəncələrdən ölüb.

"Son iki ilin monitorinqi göstərir ki, Azərbaycan hakimiyyəti həm jurnalistlərə, hüquq müdafiəçilərinə, həm də müxalif siyasi xadimlərinə qarşı diffamasiya ilə bağlı qısamüddətli həbslər taktikasından istifadə etməyə başlayıb", - deyə RATİ-nin bəyanatında bildirilir.

https://toplum.tv/siyaset/media-haqqinda-yeni-qanun-layihesinden-naraziliq-layihede-xeyli-murtece-meqamlar-var

Təşkilata görə, bu təqibin digər bir nümunəsi kimi "Osmanqızı TV" yutub kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlərə görə bu ilin əvvəlindən iki dəfə diffamasiya maddələri ilə həbs edilən müxalif siyasətçi Əli Əliyevi göstərmək olar. Həbsinin sonuncu ayında altı ayda üçüncü dəfə Əli Əliyevə qarşı yeni diffamasiya iddiası qaldırılıb.

Avropa Şurasına daxil olduqdan sonra Azərbaycan hakimiyyəti dəfələrlə diffamasiyanı dekriminallaşdırmağı vəd edib, lakin tənqidçilərin diffamasiya xarakterli maddələrlə təqib olunması ilə bağlı çoxsaylı faktlar ölkəni getdikcə Avropa Şurası standartlarından uzaqlaşdırdığı bildirilir. 

Siyasət

Kəlbəcər istiqamətində atəşkəs yenə pozulub

6 İyul 2022

Rəsmi səhifə

İyulun 5-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə iyulun 6-da Müdafiə Nazirliyindən məlumat verilib. "Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub", - deyə məlumatda qeyd olunub. 
Siyasət

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

5 İyul 2022

Açıq mənbələrdən götürülüb

Humanitar yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib. Buraya ərzaq məhsulları, məişət və tibbi sərfiyyat malları, həmçinin saxlama müddəti uzun olan məhsullar (konservlər, dənli bitkilər, quru yemək payı və s.), eləcə də uşaq qidaları, dərman vasitələri və geyimlər aiddir. Ümumi çəkisi 50 ton miqdarında olan humanitar yardım tərəfdaş şəhərlər xətti ilə Ukraynanın Çerkassı vilayət administrasıyasından Sumqayıt ŞİH-ə edilmiş rəsmi müraciətə cavab olaraq hazırlanıb və Çerkassı şəhəri əhalisinin ehtiyacları üçün nəzərdə tutulub. “Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb", - bunu huanitar yardımın hava limanından göndərilməsində iştirak edən Ukraynanın...

Seçilmiş Videolar

Toplum TV loqo