Sosial Media
Respublikaçı Alternativ Partiyası (REAL) Dairə Seçki komisiyalarında (DSK) təmsil olunmaq üçün Mərkəzi Seçki Komisiyasına (MSK) müraciət edib.
Müraciətin mətnini partiya sədri İlqar Məmmədov "Feysbuk" səhifəsində paylaşıb.
Müraciətdə qeyd olunub ki, Milli Məclisə 2020-ci il fevralın 9-da keçirilmiş seçkilərdə REAL partiyasının üzvü Erkin Qədirli 16 saylı Yasamal Birinci Seçki Dairəsindən deputat seçilib.
“Hazırda Milli Məclisdə deputatları azlıq təşkil edən 10 siyasi partiya var və bəzi digər parlament partiyalarından fərqli olaraq REAL hələ də dairə seçki komissiyalarında təmsil olunmur. 125 DSK-da təmsilçilik 10 partiya arasında bölüşdürülməlidir. Bu baxımdan ən azından 12 dairənin hərəsinə 3 nəfər DSK üzvlüyünə namizəd təqdim etmək istəyirik. Parlament partiyaları üçün nəzərdə tutulan dövlət vəsaitinin bir hissəsi REAL partiyasına verilir”, - müraciətdə deyilir.
Müraciətdə məsələnin müzakirəsi üçün MSK-dan görüş istənilir.
Müraciətlə bağlı MSK-dan rəy almaq mümkün olmayıb.
REAL 2009-cu ilin yanvar ayında hərəkat olaraq təsis edilən, aprel 2018-ci ildə qurultay keçirərək partiyaya çevrilən, 31 avqust 2020-ci ildə dövlət qeydiyyatına alınan siyasi partiyadır. Partiyanın sədri İlqar Məmmədov 2013-cü ildə İsmayıllı rayonunda ictimai asayişi pozma səbəbilə 7 il müddətinə həbs edilib. 2018-ci ildə həbsdən azad olunub.
Siyasi partiyalara maliyyə yardımının göstərilməsi üçün 2021-ci ilin dövlət büdcəsində 4 milyon manat vəsait nəzərdə tutulub. İlin birinci rübü üzrə REAL da daxil olmaqla 10 siyasi partiyaya ümumilikdə 857,5 min manat məbləğində vəsait ödənilib ("Turan").
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür