Siyasət

REAL Partiyasının fəalı yenidən 30 gün müddətinə həbs edilib

15 Avqust, 2022
167

Açıq mənbələrdən götürülüb

"Respublikaçı Alternativ" (ReAl) Partiyasının üzvü Elnur Şahverdiyev 30 gün cəza çəkdikdən sonra yenidən inzibati qaydada 30 gün müddətinə həbs edilib. 

Qardaşı Ramin Şahverdiyevin "Turan"-a verdiyi məlumata görə, Elnur ilk dəfə iyulun 14-də saxlanılıb. 

"Həmin vaxt mülki geyimli şəxslər onun işlədiyi çörəkbişirmə sexinə gəliblər, "alıcıdan şikayət olduğunu" bildirərək Elnuru yerə yıxıblar, qollarını burub aparıblar.

Sonradan Astara rayon məhkəməsi onu "polisə tabe olmamağa" görə 30 gün inzibati həbsə məhkum edib", - deyə qardaşı bildirib. 

https://toplum.tv/sosial/20-yanvar-sehidlerinin-yaxinlari-etiraz-aksiyasi-kecirdi

Onun fikrincə, Elnuru "facebook"-dakı yazdıqlarını görə təqib edirlər, belə ki, saxlanıldıqdan sonra onun mayın 25-dən iyulun 14-nə qədər olan bütün postları silinib.

Avqustun 14-də həbs müddəti başa çatıb, amma fəal azad edilməyib. Astara rayon məhkəməsi onu narkotik ittihamı ilə yenidən 30 gün müddətinə həbs edib.

REAL Partiyası Elnur Şahverdiyevin həbsini pisləyib, onun "facebook"-dakı tənqidi yazılarına görə təqib olunduğunu bildirib. 

Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr 2022
"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir". Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb.  Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb. https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və...
Siyasət

ABŞ Dövlət Departamenti Edilli kütləvi məzarlığı barədə açıqlama verib

7 Oktyabr 2022

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı açıqlama verib. Bu barədə informasiya qurumun rəsmi saytında dərc olunub.  Departamentin sədr müavini Vedant Patel məsələylə əlaqədar bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. “Biz uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”, - deyə o qeyd edib.  https://toplum.tv/sosial/edillide-qazintilar-davam-etdirilecek Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq oktyabrın 4-də aşkarlanıb. Qazıntılar zamanı məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən...

Seçilmiş Videolar

Toplum TV loqo