Siyasət

REAL seçkilərlə bağlı İlham Əliyevə müraciət edib 

29 İyun, 2022
108

Respublikaçı Alternativ Partiyası (ReAl) Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib.

Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir ki, Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanıb.

Qeyd edilib ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar: "Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir".

REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb.

Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai, 74 saylı Lənkəran kənd, 80 saylı İmişli-Beyləqan seçki dairələrinin nəticələrinin MSK tərəfindən ləğv olunduğu bildirilib.

"Eyni zamanda,  116 saylı Qəbələ dairəsindən seçilmiş deputat 2020-ci ilin avqustunda vəfat edib. Bu ilin fevralında 55 saylı Xaçmaz dairəsindən seçilmiş deputat barəsində məhkəmə hökmü qüvvəyə minib. Martda isə 50 saylı Abşeron-Qobustan dairəsindən seçilmiş deputat hakimiyyətin icra qolunda təyinat alıb", - deyə partiya bildirib. 

2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər keçirilib.

Seçkilər 125 seçki dairəsi üzrə 5573 məntəqəni əhatə edib.

Seçkilərdən sonra 4 dairənin, 328 məntəqənin nəticələri ləğv olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT DTİHB), ATƏT Parlament Assambleyasının (ATƏT PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) parlament seçkilərini birgə müşahidə missiyasının ilkin bəyanatında deyilir ki, məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanda növbədənkənar parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.

Siyasət

İlham Əliyev: “Qisas” əməliyyatı cəza tədbiri idi

12 Avqust 2022

Rəsmi səhifə

"Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib. İlham Əliyev bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyib.  "Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz", - deyə o qeyd edib.  https://toplum.tv/siyaset/mudafie-nazirliyinden-qarabagdaki-emeliyyatlarla-bagli-aciqlama Prezident həmçinin bildirib ki, Azərbaycan...
Siyasət

Şəmkirdə əməliyyat, vəzifəli şəxs saxlanıldı

12 Avqust 2022

Rəsmi səhifə

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonunda əməliyyat keçirib. Bu barədə avqustun 12-də Baş Prokurorluqdan məlumat verilib.  Bildirilir ki, Şəmkir Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çinarlı qəsəbəsi üzrə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb. Hazırda araşdırma aparıldığı qeyd olunub.   

Seçilmiş Videolar

Toplum TV loqo