Siyasət

Rəşad Ramazanov saxlanılıb

21 May, 2022
180

Açıq mənbələrdən götürülüb

Bloger Rəşad Ramazanovun saxlandığı bildirilir. 

Həyat yoldaşı Könül Ramazanova Meydan TV-yə bildirib ki, o, mayın 20-də günorta saatlarında evdən çıxarkən saxlanılıb.

Könül Ramazanovanın sözlərinə görə, həyat yoldaşını əvvəlcə Sabunçu rayonu, 14-cü polis bölməsinə aparıblar. 

Rəşad Ramazanov özü bölmədən evlə əlaqə saxlayıb və orada olduğunu deyib.

"Mən dərhal ora getdim. Orada dedilər ki, guya Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlayıb. Bildirdilər ki, bölmədə yoxdur. Amma sonradan öyrəndim ki, Sabunçu Rayon Polis İdarəsinə aparıblar. Yenə narkotiklə şərləmək istəyirlər”, – Könül Ramazanova bildirib.

O əlavə edib ki, baş verənlərlə əlaqədar həm Ombudsman Aparatına, həm də Daxili İşlər Nazirliyinin "102” zəng mərkəzinə məlumat verib.

Rəşad Ramazanovun saxlanmasıyla əlaqədar Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Rəşad Ramazanov 2013-cü ilin may ayında da həbs olunmuşdu. O, narkotik ittihamıyla 9 il azadlıqdan məhrum edilmişdi. 

Rəşad Ramazanov ittihamı qəbul etmir, sosial şəbəkələrdə hökuməti, o cümlədən prezidenti tənqid edən paylaşımlarına görə cəzalandırıldığını bildirirdi.

O, 2019-cu ilin martın 16-da əfv sərəncamı ilə azadlığa buraxılıb.

 

Siyasət

REAL seçkilərlə bağlı İlham Əliyevə müraciət edib 

29 İyun 2022
Respublikaçı Alternativ Partiyası (ReAl) Milli Məclisdə boş qalan 7 dairə ilə bağlı dövlət başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə 7 dairədə yaşayan 384 min 545 seçicinin uzun müddətdir ki, Milli Məclisdə təmsilçisiz qaldığı xatırlanıb. Qeyd edilib ki, onlardan 186 min 312 nəfəri Konstitusiyada nəzərdə tutulan 5 illik dövrün yarısı qədər parlament təmsilçiliyindən məhrumdurlar: "Yarandığı vaxtdan parlamentarizm dövlətin vergi siyasətinə birbaşa bağlı olub. Bu baxımdan toplanan vergilərə Milli Məclisin sərəncam verməsində öz təmsilçiləri vasitəsilə iştirakı vətəndaşların haqqı və istəyidir". REAL Partiyası boş qalan dairələrin ikisində yaşayan 1651 seçicidən bu istəkləri barədə imza topladığını vurğulayıb. Müraciətdə 33 saylı Xətai, 35 saylı Xətai,...
Siyasət

Altı erməni hərbçi casusluğa görə həbs olunub
 

29 İyun 2022

Sosial media

Son iki gündə Ermənistanda bir hərbçi, Qarabağda isə beş separatçı döyüşçü dövlətə xəyanətə görə həbs olunub. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına istinadən Turan İnformasiya Agentliyi xəbər verir ki, həbs edilmiş hərbi qulluqçu obyekt, hərbi texnika, təlim keçirən kəşfiyyat bölmələrin sayı, silahlanması barədə məlumat və fotoşəkilləri xarici kəşfiyyata ötürüb. Məlumatda hərbi qulluqçunun "Odnoklassniki" sosial şəbəkəsi vasitəsilə ələ alındığı və 4800 ABŞ dolları müqabilində xarici kəşfiyyata işləməyə razılıq verdiyi bildirilib. Məlumatların “Whatsapp” vasitəsilə ötürüldüyü iddia edilir. Öz növbəsində, bu gün Qarabağ separatçılarının Təhlükəsizlik Xidməti də Azərbaycana işləyən agentlər şəbəkəsinin həbs edildiyini bildirib. Onların hamısı Qarabağ separatçılarının hərbi qüvvələrinin qulluqçularıdır. Bu şəxslərin “Feysbuk”...

Seçilmiş Videolar

Toplum TV loqo