açıq mə =nbədən götürülüb
Mayın 20-də həbs olunan bloger Rəşad Ramazanovun işgəncəyə məruz qaldığı bildirilir.
“Azadlıq Radiosu”nun xəbərinə görə, bu barədə yaxınları məlumat verib.
Onların sözlərinə görə, bu barədə onun özü mayın 27-də həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman deqyib. R.Ramazanov saxlanılarkəntəzyiqə məruz qaldığını deyib:"Daha sonra Rəşad dedi ki, o, Sabunçu rayon 14-cü polis bölməsinə aparılıb, orada onun cibinə narkotik qoyulub və etirafedici ifadələrə qol çəkməsi üçün ona işgəncələr verilib".
Vəkil Elçin Sadıqov "Facebook” hesabında yazıb ki, R.Ramazanovun həbsindən verdiyi apellyasiya şikayəti təmin olunmayıb: "Rəşad Ramazanovun hər iki ayağında, başında izlər var. Ayaqlarındakı yaralar açıq (qanaxması olan) və qapalı (göyümtül qançır) izləridir".
Vəkil məsələ ilə bağlı prokurorluğa müraciət edəcəyini deyib.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Turan"a deyib ki, məhkəmə prosesi zamanı R.Ramazanov tərəfindən səsləndirilən iddialar əsassızdır: "Həmin iddialarla bağlı səsləndirilən fikirlər gözləniləndir. Onun polis orqanında təzyiqə məruz qalması ilə bağlı aidiyyət üzrə müraciət etmək hüququ var".
Bloger R.Ramazanov mayın 20-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Sabunçu rayon Məhkəməsi R.Ramazanov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Bu, onun ikinci həbsidir. R.Ramazanov birinci dəfə 2013-cü ilin mayında həbs olunub və daha sonra külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilib.
Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International" R.Ramazanovu vicdan məhbusu kimi tanıyıb.
2019-cu ilin martında R.Ramazanov əfv fərmanı ilə vaxtından əvvəl azad edilib.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb