Siyasət

Rəsmi Bakı Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etdiyini deyir

25 Oktyabr, 2022
429

Açıq mənbələrdən götürülüb

Ermənistan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxartmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) oktyabrın 25-də yaydığı bəyanatda deyilir. 

XİN II Qarabağ müharibəsi başa çatandan sonra 266 Azərbaycan vətəndaşının mina partlayışından zərər çəkdiyini, ümumlikdə 45 nəfərin həlak olduğunu diqqətə çatdırıb. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.  

https://toplum.tv/siyaset/ilham-eliyev-gurcustanla-elaqelerimiz-muttefiqlik-seviyyesine-yukselib

"Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsalı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir", - məlumatda bildirilir. 

Azərbaycan Ermənistanı dəqiq mina xəritələrini verməməkdə də ittiham edib: 

"Ermənistanın beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. Qeyd edək ki, son mina partlayışlarının təqribən 55%-i Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib".

XİN bəyan edib ki, Ermənistan tərəfi məqsədyönlü şəkildə Azərbaycana qarşı hərbi təhdidləri davam etdirir:

"Ermənistanın bu fəaliyyəti müharibə cinayətidir, beynəlxalq humanitar hüququn və Ermənistan öhdəliklərinin ciddi pozuntusudur, bunun qarşısı alınması üçün Ermənistana təzyiq edilməlidir".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvana ayrılan dotasiya azaldılır

30 May 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan MR-nın büdcəsinin öz gəlirlərinin 19,9 milyon manat artırılması və bəzi dövlət orqanlarının maliyyələşdirilməsinin (9,9 milyon manat) yerli büdcədən çıxarılaraq dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri hesabına təmin edilməsi nəzərdə tutulur. Toplum TV xəbər verir ki, bu barədə mayın 30-da Maliyyə Nazirliyi məlumat yayıb.  Bildirilir ki, bu səbəblərə görə muxtar respublikanın büdcəsinə dövlət büdcəsindən ayrılan dotasiya 29,8 milyon manat və yaxud 6,2 % azaldılır. Beləliklə, Naxçıvanın büdcəsinin gəlirləri və xərcləri təsdiq olunmuş göstəriciyə nisbətən 9,8 milyon və yaxud 1,6 % manat azaldılmaqla 604,8 milyon manat təşkil edəcək. https://toplum.tv/siyaset/pmuumldafie-ve-azad-edilmis-erazilerin-berpasi-xercleri-artirilirp Bu gün həmçinin məlum olub ki, Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi inzibati...
Siyasət

Müdafiə və azad edilmiş ərazilərin bərpası xərcləri artırılır

30 May 2023

Açıq mənbələrdən götürülüb

Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da gücləndirilməsi üçün xərclər artırılır. Toplum TV xəbər verir ki, bu, Milli Məclisin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsində öz əksini tapıb.  Qanuna əsasən, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1105,0 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1000,0 milyon manat artırılması nəzərdə tutulur. https://toplum.tv/siyaset/pilham-eliyev-azad-olunmus-torpaqlarda-en-ccedilox-tuumlrkiye-ve-italiya-sirketleri-is-goumlruumlrp Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 2070,0 milyon manat təşkil edəcək. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclər...

Seçilmiş Videolar

Toplum TV loqo