Siyasət

Rəsmi Bakı Yerevanla münasibətləri normallaşdırmağa hazırdır - bir şərtlə

30 Aprel, 2021
119

XİN

Azərbaycan ərazi bütövlüyü və suverenlik prinsipi əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. 

Bu barədə aprelin 30-da Bakıda Litvanın xarici işlər naziri Qabrielius Landsberqislə görüşün yekunlarına həsr olunmuş brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıb.

Bayramov Azərbaycan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinə riayət etdiyi halda Ermənistanın mina sahələrinin xəritəsini Azərbaycana vermək istəməməkdə ittiham edib.

“Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina sahələrinin xəritəsini verməkdən imtina edir. Noyabrın 10-dan sonra azad edilmiş ərazilərdə 22 nəfər minaya düşərək dünyasını dəyişib, 100-ə yaxın insan isə yaralanıb", - deyə o bildirib.

Öz növbəsində, Litvanın xarici işlər naziri Bakını və Yerevanı regionun təhlükəsizliyinin artırılması və sülhün möhkəmləndirilməsi üçün “qalan məsələləri” həll etməyə çağırıb. 

“Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq”, - deyə o bildirib. 

Landsberqi ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib: "Azərbaycan Litvanın Qaqzada ən böyük ticarət tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq". 

Siyasət

Diaspor Komitəsi Gürcüstan azərbaycanlılarına çağırış etdi

17 May 2021

Sosial Media

Diasporla İş üzrə Dövlət Komitəsi Gürcüstanın Dmanisi şəhərindəki hadisələrlə əlaqədar olaraq bu ölkədə yaşayan azərbaycanlılara çağırış edib. Komitədən mayın 17-də verilən məlumatda bildirilir:  "Mayın 16-da saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb, insident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq-mühafizə orqanlarıtərəfindən saxlanılıb. Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi...
Siyasət

Ermənistan-Azərbaycan sərhədində nə baş verir?

Nigar Səmədli
17 May 2021

Sosial Media

Hərbi ekspert: “Azərbaycan Zəngəzurda əvvəlki xəritəyə əsasən irəliləyib” “Qaragöl ərazisi ilə bağlı 1960 və 1980-ci illərdə qərar qəbul olunan qərara görə, buradakı göl susuzluq səbəbilə Ermənistana verilib. Düşünürəm ki, Azərbaycan ordusu bu qərar verilmədən öncəki xəritəyə əsasən, irəliləyib”. Bunu “Toplum TV”-yə hərbi ekspert Telman Əbilov deyib.  Ermənistan Müdafiə Nazirliyinin mayın 16-da yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri hələ də Ermənistan-Azərbaycan sərhədindəki Syunik və Geqarkunik bölgələrindədir.  Eyni zamanda bildirilir ki, mayın 15-də Azərbaycan tərəfi həmin ərazidə mühəndis işləri keçirməyə çalışsa da, qarşısı alınıb. Ermənistan tərəfi mayın 12-də 240-250 nəfərlik Azərbaycan hərbçilərinin sərhədi pozaraq Syunik bölgəsinə 3,5 km irəlilədiyini, daha sonra...
Seçilmiş Videolar