Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan və İlham Əliyev
"Ermənistan Praqada əldə olunmuş formata və razılığa uyğun görüşə hazırdır"
Toplum TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən (XİN) verilən açıqlamada bildirilib.
Qurumun açıqlamasına görə, Praqadakı görüş dördtərəfli formatda keçirilib və görüşün formatı ilə iştirakçıların tərkibinin eyni olması məntiqlidir.
"Azərbaycan tərəfinin guya Ermənistan tərəfinin görüşü və sülh prosesini pozmağa çalışması ilə bağlı bütün bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Ermənistan Respublikası Praqada əldə olunmuş razılaşmaya və formata uyğun olaraq dekabrın 7-də keçiriləcək görüşə hazırdır", - XİN-dən bildirilib.
https://toplum.tv/siyaset/mudafie-nazirliyi-de-rus-sulhmeramlilarini-tenqid-edib
Məlumatda həmçinin qeyd olunub ki, Azərbaycan noyabrın 7-də Ermənistan tərəfinin Vaşinqtonda keçirilən görüşdə verdiyi sülh müqaviləsi ilə bağlı təkliflərinə hələ də cavab verməyib.
Prezident İlham Əliyev bu gün, noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransındakı çıxışında deyib ki, Dekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək.
Əliyev görüşün keçirilməməsinə belə aydınlıq gətirib:
“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
O həmçinin qeyd edib ki, Paşinyanın Brüssel görüşündə Makronun iştirak etməsi tələbini irəli sürməsi sülh danışıqlarını pozmaq cəhdidir.
"Praqa görüşündən bir həftədən də az sonra Fransa Prezidenti Makron müsahibəsində Azərbaycanı tənqid etdi və bizi törətmədiyimiz işlərdə ittiham etdi. Daha sonra Fransa Senatının tamamilə qəbuledilməz və təhqiredici məlum qətnaməsi qəbul olundu. Fransa Milli Assambleyasının daha bir anti-Azərbaycan qətnaməsi qəbul etməsi də gözlənilir. Bunun ardınca Fransanın Frankofoniya Sammiti vasitəsilə bizə qarşı hücum cəhdi oldu. Bu, qəbuledilməzdir, çünki Frankofoniya humanitar təsisatdır, - deyə Prezident vurğulayıb və əlavə edib ki, bütün bunlar nəzərə alınsa, Fransa sülh danışıqlarında iştirak edə bilməz: Bu bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu hansı platformada baş tutacaq”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir
Açıq mənbələrdən götürülüb