Ria.ru
Rusiyanın "RİA Novosti" informasiya agentliyi Qarabağ separatçılarının nümayəndəsi Artak Beqlaryandan götürdüyü müsahibəni silib.
Sözügedən müsahibə Azərbaycanda narazılıqla qarşılanmış, bundan sonra informasiya agentliyinin saytı ölkə ərazisində bloklanmışdı.
Məsələylə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də bəyanat vermişdi.
"Rusiyanın dövlət məlumat agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən məlumatları yayması ciddi təəssüf doğurur"
Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva özünü Dağlıq Qarabağdakı qondarma qurumun naziri kimi təqdim edən Artak Beqlaryanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edərkən demişdi.
"Dövlət agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə”müddəaları ilə ziddiyyət təşkil edir.
RİA-Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının post-münaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır", - deyə bəyanatda bildirilirdi.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?