ria.ru
Rusiyada azərbaycanlı jurnalist və “Nə? Harada? Nə zaman?” televiziya oyununun iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi başlanılıb.
Məlumatı “RİA Novosti” yayıb.
Bildirilir ki, Rövşən Əsgərov sosial şəbəkələrdəki paylaşımlarında nasizmi bərpa etməkdə ittiham olunur.
Rusiyanın İstintaq Komitəsindən verilən məlumata görə, 49 yaşlı R.Əsgərov "Facebook”-da rus sərkərdə, SSRİ marşalı Georgi Jukovun xatirəsini təhqir edən yalan məlumatlar paylaşıb.
İstintaq Komitəsindən bildirilib ki, bu cür əməllərə görə qanunla müəyyən edilmiş cinayət məsuliyyəti nəzərdə tutulur.
Saxlanılacağı halda onu 5 milyon rubla qədər cərimə və ya 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
R.Əsgərov 2009-cu ildən “Baku” jurnalının direktorudur.
Jurnalın baş redaktoru Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.
R. Əsgərov “Nə? Harada? Nə zaman?”ın 2001-ci ilin qış seriyasında Ales Muxinin başçılıq etdiyi komandanın tərkibində çıxış edərkən klubun ali mükafatlarından sayılan “Büllur bayquş” mükafatına layiq görülüb.
president.az
Toplum Tv
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”