Siyasət

Rüfət Səfərov: "Polis zorakılığına məruz qaldım"

Aytac Məmmədli
22 Aprel, 2022
143

sosial media

Hüquq müdafiəçisi Rüfət Səfərov Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi zamanı polis əməkdaşları tərəfindən saxlanılıb.

Rüfət Səfərovun "Toplum TV"yə verdiyi açıqlamaya görə, Ə. Əliyevin məhkəməsinə nə ailə üzvləri, nə jurnalistlər, nə də hüquq müdafiəçiləri buraxılıb. Buna etiraz edən hüquq müdafiəçisi də polis zorakılığına məruz qalıb.

Rüfət Səfərov -sosial media

"Açıq məhkəmə prosesində iştirakımıza maneə törədirdilər, bildirdim ki, proses açıqdır və dövlətin hüquqi instutudur, niyə buraxmırsınız? Elə bunu deyəndən sonra 3-4 nəfər polis məhkəmənin həyətində məni yerə yıxdı, döyə-döyə maşına mindirdi, əlimdə xəsarətlər də var".

R.Səfərovun dediyinə görə, o, 28-ci polis bölməsinə gətirilib və 15-20 dəqiqə saxlanılıb.

"Bölmədə şəxsiyyət vəsiqəmi, telefonumu götürdülər. Sonra yəqin ki, nazirlikdən zəng gəldi, bölmənin rəisi içəri girib dedi ki, məni sərbəst buraxsınlar".

Hüquq müdafiəçisi bildirir ki, polis əməkdaşları onun müqavimət göstərdiyini əsas gətirərək saxlayıblar.

O, hazırda vəziyyətinin yaxşı olduğunu söyləyir.

Siyasət

Müsəlman Birliyi Hərəkatının üzvünə hökm oxundu

20 May 2022

Razi Hümbətov - sosial media

Bu gün, mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətova hökm oxunub. Azadlıq Radiosunun məlumatına görə, hərəkatın üzvü 6 il azadlıqdan məhrum edilib. R.Hümbətov Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə günahkar sayılıb. Atası məhkəmə qərarını qərəzli adlandırıb və qeyd edib ki, R.Hümbətovun qonşuları, digər şəxslər Prezident Administrasiyasına, Daxili İşlər Nazirliyinə onlarla məktub yazaraq onun bu işdə günahsız olduğunu və narkomaniya ilə mübarizə apardığını bildiriblər. Xəbərdə o da bildirilir ki, məhkəmə prosesinə gələnlərdən Ağaəli Yahyayev, Süleyman Ələkbərov və daha bir neçə şəxsin saxlanılıb. R.Hümbətov ötən il iyulunda saxlanıb....
Siyasət

Almaniyadan qaytarılan daha bir fəal həbs edilib

Roza Məmmədova
20 May 2022

açıq mənbədən götürülüb

Tənqidçi mövqeyi ilə tanınan ictimai fəal Ziya İbrahimlinin Bakı Hava limanında həbs edildiyi deyilir. Bu barədə məlumatı mayın 20-də jurnalist Əfqan Muxtarlı “feysbuk” hesabında yazıb: “Bu dəqiqələrdə Biləsuvar məhkəməsində Ziya İbrahimlinin məhkəməsi gedir. Ona vəkil tutmağa belə imkan verilməyib. Ziya bəy 2019-cu ildən Almaniyada yaşayıb. Onun eyni il axtarışa verilməsi siyasi fəaliyyəti ilə bağlıdır. Azərbaycanda yaşamayan adamı Biləsuvar polisi niyə axtarışa versin?” Əfqan Muxtarlı - sosial media Ə.Muxtarlı fəalın həbsində Almaniya Hökumətinin də məsuliyyət daşıdığını bildirib: “Əvvəl-əvvəl 2-3 ay gözləyib həbs edirdilər. İndi elə aeroportda həbs edirlər. Vətənə döndükdən sonra həbs edilən mühacirlərin hər biri üçün Almaniya höküməti məsuliyyət daşıyır”....

Seçilmiş Videolar

Toplum TV loqo