Siyasət

Rusiya: "Ermənistan üzərindən dəhliz məsələsi müzakirə olunmur"

20 Sentyabr, 2021
102

Sosial Media

Rusiya Fedarasiyası Baş nazirinin müavini Aleksey Overçuk Ermənistan üzərindən dəhliz çəkilməsi məsələsinin müzakirə olunmadığını bildirib. 

"Novosti-Armeniya"-nın bu gün, sentyabrın 20-də verdiyi məlumata görə, Overçuk Ermənistan, Rusiya və Azərbaycan arasında aparılan üçtərəfli müzakirələrin predmetinin iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması məsələsi olduğunu qeyd edib. 

Yerevanda Rusiya-Ermənistan biznes forumundakı çıxışı zamanı Baş nazir müavini Rusiya, Ermənistan və Azərbaycanın bölgədə kommunikasiyaların açılmasına kökləndiyini də qeyd edib. 

Siyasət

Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytardı

19 Oktyabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycan beş erməni hərbçini Ermənistana qaytarıb. "Novosti Armeniya" xəbər verir ki, Bakıdan qalxan və göyərtəsində erməni hərbçilər olan təyyarə Yerevana enib. Ermənistana qaytarılan hərbçilərin kimliyi də açıqlanıb: ▪️Ambardanyan Mels Karapetoviç ▪️Karapetyan Rafik Robertoviç ▪️Manukyan Jora Vanoeviç ▪️Manukyan Ovsep Robertoviç ▪️Soqomonyan Sedrak Samveloviç
Siyasət

Cinsi zorakılığa qarşı tək adamlıq aksiya keçirildi

19 Oktyabr 2021

Sosial Media

Gender fəalı Gülnarə Mehdiyeva bu gün Bakıda, Prezident Administrasiya yaxınlığında təkbaşına aksiya keçirib. Fəal “Azyaşlını zorlayan niyə azaddır?” şüarı yazılan plakat qaldıraraq rəsmi qurumlardan yetkinlik yaşına çatmayan Sənay Yağmurun (Qəhrəmanlı) təcavüzü ilə bağlı əməli fəaliyyət tələb edib.  G. Mehdiyeva "Feysbuk"un canlı yayımında bildirib ki, ölkə rəhbərliyi Sənay Yağmurun məsələsinə müdaxilə etməli və təqsirkarın cəzalandırılmasını təmin etməlidir, əks halda bu, cinayətkarı himayə etmək demək olacaq. “Həmin insan nə qədər ki, azadlıqdadır, biz hamımız təhlükədəyik”, - deyə fəal vurğulayıb.  Polis əməkdaşları plakatı fəalın əlindən alaraq, onu naməlum istiqamətə aparıblar. DİN-in mətbuat xidmətindən Turan-a bildiriblər ki, Mehdiyeva saxlanılmayıb. Bölgədən uzaqlaşdırılaraq sərbəst buraxılıb. Ötən...
Seçilmiş Videolar