Siyasət

Rusiya sərhəddəki toqquşmalarla bağlı bəyanat verdi

13 Sentyabr, 2022
101

Açıq mənbələrdən götürülüb

Rusiyanın təşəbbüsüylə atəşkəsin əldə olunduğu bildirilir. 

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə bağlı bəyanat verib. 

Qurumun yaydığı açıqlamada bildirilir ki, sentyabrın 13-nə keçən gecə Ermənistan-Azərbaycan sərhədinin müəyyən ərazilərində vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə bağlı son dərəcə narahatdırlar.

"Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq vəziyyətin daha da gərginləşdirməkdən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq".

https://toplum.tv/siyaset/iran-beyanat-verdi-serhedlerin-deyisdirilmesi-qebuledilmezdir

Bakı və Yerevanla sıx əlaqədə olduqlarını xatırladan qurum Ermənistan rəhbərliyindən KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi ilə bağlı müraciət aldıqlarını bildirib. 

"Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək".

Qeyd olunub ki, Rusiya Bakı və Yerevan arasındakı mübahisələrin müstəsna olaraq siyasi və diplomatik yollarla həll olunmasını istəyir. 

Sərhəd məsələlərinə gəldikdə isə, Rusiya bunun delimitasiyası üzrə ikitərəfli komissiyanın işi çərçivəsində həll edilməli olduğunu bildirib. 

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo