Siyasət

Rusiya sülhməramlılarının yeni komandanı - "Bu, Ermənistanı cilovlamaq üçündür"

Vüsalə Mikayıl
10 Sentyabr, 2021
253

Rəsmi səhifə

"Kasabakov da, Muradov da ilk olaraq Bakıya səfər etməli idilər. Amma onlar Ermənistana getməklə bəyan edirlər ki, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ermənilərin mənafeyini müdafiə edəcəklər”.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Toplum TV"-yə Rusiyanın Qarabağdakı sülhməramlı missiyasına yeni komandanın təyin edilməsi xəbərini şərh edərkən deyib. 

Ermənistanın müdafiə naziri Arşak Karapetyan sentyabrın 9-da Qarabağda yerləşən Rusiya sülhməramlılarının yeni rəhbəri, general-mayor Mixail Kosobokovu qəbul edib. Rus sülhməramlılarının xidməti ərazisinin Azərbaycanda yerləşməsinə baxmayaraq, görüşün ilk olaraq Ermənistan tərəfi ilə keçirilməsi bəzi suallar yaradır.

Məsələ ilə əlaqədar danışan Sədrəddin Soltan deyir ki, ilk rəsmi görüşün Yerevanda baş tutması Azərbaycan üçün mesaj ola bilər: “Bu o anlama gələ bilər ki, Rusiya sülhməramlıları daha çox Ermənistanın mövqeyini müdafiə etmək üçün gəliblər. Əslində, məntiqlə bu görüş Azərbaycanda baş tutmalıydı. Çünki rus sülhməramlılarının xidməti ərazisi Azərbaycana aiddir. Kasabakov da, Muradov da ilk olaraq Bakıya səfər etməli idilər. Amma onlar Ermənistana getməklə bəyan edirlər ki, müvəqqəti yerləşdikləri Azərbaycan ərazisində ermənilərin mənafeyini müdafiə edəcəklər”. 

Sədrəddin Soltan - Sosial Media

Ermənistan müdafiə naziri ilə baş tutan görüşdə həm də  Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının komandanı iştirak edib. S.Soltan bunun sülhməramlı kontingentin həmin hərbi bazanın texniki imkanlarından istifadə etməsi ilə əlaqələndirir: “Ermənistan ərazisində Rusiya üçün ən etibarlı yer biri Rusiya səfirliyidirsə, biri də həmin 102-ci bazadır. Ola bilsin ki, gələcəkdə həmin hərbi bazanın imkanlarından istifadə edilsin. Onsuz da istifadə olunub, indi isə dəstək verdiyi anlamına gələ bilər”.

Deputat Asim Mollazadə isə Kosobokovun ilk olaraq Ermənistana səfər etməsinin arxasında başqa məqsəd görür. Deputat “Toplum Tv”-yə açıqlamasında atəşkəs bəyanatının üçtərəfəli iştirakçısı olduğu üçün  hərtərəfli görüşlərin keçiriləcəyini deyir: “Çünki əsas pozuntular Ermənistan tərəfindən olduğu üçün, çox güman ki, bu görüş ilk olaraq Yerevanda keçirilib. Bu, Ermənistanı cilovlamaq üçündür. Biz hazırda versiyaları müzakirə edə bilərik. Dəqiq məlumatı olan qurumlar öz məlumatını yəqin ki, verəcəklər”. 

Qarabağda Abxaziya ssenarisi?

Mixail Kosobokov bundan əvvəl Rusiyanın Cənubi Qafqaz Hərbi Dairəsindəki 58 saylı ümumqoşun ordusu komandanının müavini olub. O həmçinin Gürcüstanın işğal olunmuş ərazisi hesab olunan Abxaziyada fəaliyyət göstərən rus kontingentinə rəhbərlik edib.

Sədrəddin Soltan bildirir ki, Rusiya qaydalara görə sülhməramlı kontingentin komandanını 6 aydan bir dəyişməlidir: “Fikrimcə, Kosobokovun yeni komandan təyin edilməsi iki mənada başa düşülə bilər. Birincisi, Kosabakov Cənubi Qafqazda fəaliyyət göstərdiyi üçün təcrübəsi böyükdür. İkincisi isə, ermənilər üçün bu xoşməramlı mesajdır. Çünki Kosobokov Abxaziyada separatçıları müdafiə edib və bu mənada da təcrübəsi var. Kosobokov seperatçıların müdafiə yolunu gözəl bilir və Abxaziyada Gürcüstanın suverenliyinə qarşı  çox sərt fəaliyyət göstərməkdə məşhur rus sərkərdəsidir. Təcrübəsini Azərbaycanda tətbiq edəcəyi ehtimalı da az deyil”. 

"Rusiya Qarabağa sülhməramlı məqsədlə gəlməyib"

Hərbi-ekspert Telman Əbilov isə hesab edir ki, Rusiyanın bu addımı gözlənilən idi və o, Dnestryanı və Abxaziyadakı "oyunlarını" indi açıq-aşkar Azərbaycanın başına açır: “Ümumiyyətlə, Rusiya Qarabağa sülhməramlı məqsədlə gəlməyib. Qarabağı bizdən də, ermənilərdən də alıb hansısa statusda oraya tam nəzarəti ələ keçirmək istəyir. Abxaziyada xidmət edən komandirin də bura göndərilməsi təsadüfi deyil. Rusiya Qarabağa işğalçı kimi gəlib”. 

Telman Əbilov - Sosial Media

Sədrəddin Soltansa bütün hallarda yeni təyin edilən komandanın Rüstəm Muradovdan fərqli mövqe ortaya qoymayacağını deyir. “Əslində, Rusiya sülhməramlıları Azərbaycan vətəndaşı sayılan ermənilərlə azərbaycanlılar arasında bir çəpər olub, onların Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olur. Sülhməramlılar guya orda nə iş görürlər ki? Guya orda atəşkəsə nəzarət edirlər. Sual olunur: o bölgədə nəyə görə silahlı dəstə saxlanılmalıdır? Sülhməramlıların başında kimin dayanmasından asılı olmayaraq, həmin kontingentin Azərbaycan ərazisində fəaliyyəti Azərbaycan vətəndaşı olan ermənilərin bizim cəmiyyətə inteqrasiyasına mane olur. Sülhməramlılar verilən tapşırıqları yerinə yetirəcəklər. Tapşırıqlar isə Rusiyanın Azərbaycan ərazisində möhkəmlənməsinə  və fəaliyyətini davam etdirməsinə xidmət edir”.

"Sülhməramlılar üzərlərinə düşən işi hələlik icra ediblər"

Deputat Asim Mollazadə bundan öncə sülhməramı kontingentin rəhbəri olan  Rüstəm Muradovun fəaliyyətini belə qiymətləndirir: “Hansısa kobud pozuntu yoxdursa, ermənilərin müəyyən cinayətkar qrupları oradan çıxarılıbsa, deməli, üzərlərinə düşən işləri hələlik icra ediblər. Arzu edirəm ki, bundan sonra da üçtərfli bəyannamədə olan bəndlər sürətlə icra olunacaq”. 

Asim Mollazadə - Rəsmi səhifə

A. Mollazadə bunun ilk növbədə Ermənistanın yeganə xilas yolu olduğunu qeyd edir. 

Hərbi ekspert Emin Nəsirli isə Rüstəm Muradovun fəaliyyəti dövründə dəfələrlə Azərbaycanın separatçılar tərəfindən atəşə məruz qaldığını deyir:

“Birtərəfli qaydada erməni icmasının mühafizəsi təşkil edildi. Rus sülhməramlılarının separatçıların bayrağı altında şəkil çəkdirməyi, tədbir keçirməyi yolverilməzdir. Bu, sülh yaratma prinsiplərinə ziddir”. 

O, Rusiyanın sülhməramlıların komandanı postuna istədiyi hərbçini təyin etmək hüququ olsa da, əsas etibarilə üzərinə götürdüyü sülhyaratma prinsipini yerinə yetirməli oduğunu deyir: “Sülhməramlılar digər hərbçilərdən fərqlənirlər. Sülhməramlı missiyanı həyata keçirən kontingent yerləşdiyi dövlətin ərazi bütövlüyünə hörmət etməlidir. Hesab edirəm ki, Rusiya əvvəlki illərdən fərqli olaraq bu məsələlərə həssas yanaşacaq”.

"Qazandığımız hərbi qələbəni diplomatiyada uduzduq"

Telman Əbilovsa düşünür ki, indi Azərbaycan dövləti öz beynəlxalq hüququndan istifadə edərək nəyin bahasına olur-olsun rus kontingentini öz ərazisindən çıxarılması məsələsini qaldırmalıdır: “Sentyabr döyüşlərinə qədər Qarabağı geri qaytarmaq bizim üçün daha rahat idi, nəinki indi. İndi situasiya daha da çətinləşib. Artıq Qubadlı, Laçın, Kəlbəcər və ümumən Zəngəzurun Azərbaycana aid olan hissəsi də real təhlükə altındadır. Əgər gələcəkdə Rusiya Qarabağı ələ keçirmək istəsə, bu əraziləri də nəzarət altına almaq istəyəcək. Təəssüf ki, biz qazandığımız hərbi qələbəni diplomatiyada uduzduq”.

Azərbaycanla Ermənistan arasında ötən il sentyabrın 27-də başlanan müharibə 10 Noyabr bəyanatının imzalanması ilə başa çatıb. Üçtərəfli bəyanata görə, münaqişə bölgəsinə Rusiya sülhməramlıları yerləşdirilib.
 

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar