Siyasət
Rusiya sülhməramlısı minaya düşüb
23 Noyabr, 2020
Baxış: 130
Rusiya sülhməramlısı minaya düşüb.

Bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. ("RİA Novosti”, 23 noyabr).

Müdafiə Nazirliyi bildirilib ki, rus zabiti Bakıdakı xəstəxanaya aparılıb.

Məlumata görə, Hadisə Madagiz kəndi yaxınlığında, bir qrup rus sülhməramlısı, Azərbaycan Silahlı Qüvvələrinin, DQR Fövqəladə Hallar Nazirliyinin, eləcə də Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri döyüşlərdə ölənlərin cəsədlərini axtararkən baş verib.
Siyasət

Azərbaycan İran sərhədində yeni dəmiryolu terminalı inşa ediləcək

25 Yanvar 2021

İran Front Page

Tezliklə Azərbaycanla sərhəddə yerləşən Ərdəbil vilayətinin Parsabad rayonunda dəmiryol terminalının inşası başlayacaq. Bunu yanvarın 23-də İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Onun sözlərinə görə, dəmiryolu terminalının inşası ilə əlaqədar Tehranda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclasında müqavilə imzalanıb. O, əlavə edib ki, Ərdəbil-Parsabad dəmiryolunun ilk 25 kilometrinin xəritəsi hazırlanıb və araşdırmalar aparılıb: “Azərbaycanın dəmiryolunun 10 kilometri yenilənəcək və 5 km uzunluğunda yeni dəmiryolu çəkiləcək”. Vali deyib ki, dəmiryol terminalı vasitəsi ilə İranın Ərdəbil vilayətinin Azərbaycan, Rusiya və Orta Asiya ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracı artacaq: “Bu terminal və iki ölkə arasında birgə sənaye...
Siyasət

Əfqan Sadıqovun komaya düşdüyü deyilir

Elməddin Şamilzadə
24 Yanvar 2021

azadlig.org

Həbsinə etiraz olaraq uzunmüddətli aclıq aksiyası edən “Azel TV" saytının baş redaktoru Əfqan Sadıqovun komaya düşdüyü deyilir. Bu haqda onun həyat yoldaşı Sevinc Sadıqova “Toplum TV”-yə məlumat verib. O, həyat yoldaşı ilə görüş verilmədiyini və bu səbəbdən narahat olduğunu bildirir. Yanvarın 21-də Sumqayıtda jurnalistin appelyasiya şikayətinə baxılacaqmış, amma qəfildən təxirə salınıb. S.Sadıqova iddia edir ki, məhkəmə qəsdən, yoldaşının vəziyyəti ağır olduğu üçün təxirə salınıb və buna görə onlara görüş verilmir. “80 gündür Əfqan bu vəziyyətdədir, onlar da bundan xəbərdardır... Vəziyyətinin ağır olmasına baxmayaraq məhkəməyə gəlirmiş, Sumqayıta çatmağa az qalmış hakim məhkəməni təxirə salıb, “onlayn keçiriləcək” deyib. Müalicə mərkəzindən də deyiblər...
Seçilmiş Videolar