Rusiya XİN: Laçın dəhlizi məsələsi üçtərəfli bəyanat əsasında həll edilməlidir
Açıq mənbələrdən götürülüb
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının 6-cı bəndi əsasında həll edilməlidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev 11 avqustda brifinq zamanı deyib.
"Üçtərəfli bəyanatın 6-cı bəndində göstərilib ki, tərəflərin razılığı ilə yaxın 3 il ərzində Laçın dəhlizindən Dağlıq Qarabağla Ermənistanı birləşdirən və sonradan rusiyalı sülhməramlı kontingentin yolun mühafizəsi üçün yenidən dislokasiya ediləcəyi yeni marşrut xətti çəkiləcək", - deyə Neçayev bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi əlavə edib ki, Rusiya bütün məsələlərin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarına uyğun olaraq həll edilməsinin zəruriliyini bir daha təsdiqləyir.
Neçayev həmçinin məlumat verib ki, Moskva avqustun sonuna kimi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli üçtərəfli təmaslar təşkil etməyi planlaşdırır.
O, yaxınlarda bu barədə ətraflı məlumat veriləcəyini bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər