mid.ru
"Fərrux kəndinin Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinə aidiyyatı yoxdur".
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün, iyunun 15-də keçirdiyi mətbuat konfransında deyib.
Zaxarovanın sözlərinə görə, sərhədlərin delimitasiyası ilə bağlı komissiyanın fəaliyyəti Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Fərrux kəndi ilə heç bir əlaqəsi yoxdur.
"Komissiyanın fəaliyyətə başlamasının Bakı və Yerevan arasında etimadın yüksəlməsinə, həm Azərbaycan-Ermənistan sərhədində, həm də sülhməramlıların məsuliyyət zonasında insidentlərin qarşısını almağa kömək edəcəyinə ümid edirik", - deyə o bildirib.
Sergey Lavrov iyunun 9-da Yerevanda keçirdiyi mətbuat konfransında “Fərrux kəndi ətrafındakı vəziyyət rus hərbçiləri üçün prioritet məsələlərdən biridir, delimitasiya işləri çərçivəsində bu məsələyə baxılacaq və həll olunacaq” fikri Azərbaycanda narazılıqla qarşılanmışdı.
Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Lavrovun sözlərinə reaksiya vermişdi: "Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi, məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.
Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur”.
Bu gün həmçinin məlum olub ki, Sergey Lavrov 23-24 iyun tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.
Səfər çərçivəsində onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi bildirilib.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb