Rəsmi səhifə
İstər mətbuatda, istərsə də siyasi xarakterli istənilən destruktiv təbliğat kampaniyasına münasibətimiz pisdir. Bunun nə ilə bağlı olmasının əhəmiyyəti yoxdur.
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağdakı rus sülhməramlılarına qarşı tənqidləri şərh edərkən bildirib.
https://toplum.tv/siyaset/vladimir-putin-ermenistana-sefer-edecek
“Rusiya sülhməramlılarının (Qarabağdakı) roluna və onların fəaliyyətinin qiymətləndirilməsinə gəlincə, üç ölkənin liderləri Soçidə keçirilən sammit zamanı Rusiya kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə töhfələrini qeyd ediblər və birgə bəyanatda qeyd olunduğu kimi regionda vəziyyəti sabitləşdirmək səylərinin zəruriliyini vurğulayıblar. Məsələ ətrafında əmələ gələn çirkaba gəlincə, istənilən müsbət, konstruktiv və yaradıcı təşəbbüs həmişə neqativ münasibətlərə də səbəb olur. Təəssüf ki, bu, bizim dünyamızın qanunudur”, - deyə o qeyd edib.
Noyabrın 9-da Yerevanda Milli Demokratik Qütb (MDP) müxalifət hərəkatının təşəbbüsü ilə Rusiya əleyhinə etiraz yürüşü keçirilib. Hərəkatının tərəfdarları bildirirlər ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı legitim hesab etməməlidir, çünki Rusiya və Azərbaycan onun şərtlərini pozublar.
Rusiya səfirliyinə doğru yürüş edən iştirakçılar Rusiya əleyhinə şüarlar səsləndiriblər. Onlar Dağlıq Qarabağda rus sülhməramlılarının deyil, beynəlxalq sülhməramlı kontingentin yerləşdirilməsini tələb ediblər.
Hüquq mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını Rusiya səfirliyinə yaxın buraxmayıblar. Təşkilatçıların məlumatına görə, mitinqdə 700-dən çox adam iştirak edib, polis isə 400-ə yaxın iştirakçının olduğunu açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
President.az
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?