Siyasət
Rusiyada səsvermənin nəticələri açıqlandı
2 İyul, 2020
721
Rusiyada səsvermənin ilkin nəticələri konstitusiyaya dəyişikliklər paketinin dəstəkləndiyini göstərir. Bu dəyişikliklər Prezident Vladimir Putin-in 2036-cı ilədək hakimiyyətdə qalmasını təmin edə bilər.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bülletenlərin 98 faizi sayılıb, seçicilərin 78 faizə yaxını 200-dən artıq dəyişikliyi dəstəkləyib. 21 faiz paketin əleyhinə səs verib.

Komissiya seçicilərin 65 faizinin səsvermədə iştirak etdiyini bildirir. Səsvermə iyulun 1-dək, bir həftə ərzində keçirilmişdi.
MSK sədri Ella Pamfilova səsvermənin şəffaf keçirildiyini, məmurların onun bütövlüyü üçün əlindən gələni etdiyini deyir. 
Tənqidçilər və müxalifət fiqurları isə nəticəni pisləyib.

"İndicə açıqlanan ‘nəticələr’ saxta və böyük yalandır”, – müxalif siyasətçi Aleksei Navalny bloqunda yazıb.

"Sonluq öncədən yazılmışdı”

"Onların Rusiya vətəndaşlarının fikrilə heç bir əlaqəsi yoxdur. Biz bir şouya tamaşa etdik, sonluğu öncədən yazılmışdı”, – deyən Navalny videomüraciətində tərəfdarlarına deyib ki, "heç vaxt bu nəticəni tanımayacaq”.

Navalny-nin sözlərinə görə, indi koronavirus pandemiyasına görə müxalifət etiraz etməyəcək, ancaq namizədlər regional seçkilərə buraxılmasa, yaxud seçki nəticələri saxtalaşdırılsa, ilin sonunda etirazlar olacaq.

Dəyişikliklərə qarşı çıxan Nyet! Kampaniyası isə Moskvada keçirdiyi ekzit-polun nəticəsini yayıb, seçicilərin 55 faizi paketin əleyhinə səs verib. Sankt Peterburqda isə 63 faiz seçicinin dəyişikliklərə qarşı çıxdığı bildirilir.

Səsvermə davam edən vaxt bir neçə yüz nəfər Moskvada Puşkin Meydanına yığışaraq dəyişikliklərə, Putinin daha iki müddətə prezident olmaq perspektivinə etiraz ediblər. Putin isə hələ bununla bağlı qərar vermədiyini söyləyib.

Əlində "Rədd olsun çar!” şüarı tutmuş bir nümayişçi AzadAvropa/AzadlıqRadiosu-na deyib: "Biz diktaturada yaşamaq istəmirik, xüsusilə də leqallaşdırılmış diktaturada”.

Sankt Peterburqda isə nümayişə 100-dək etiraçı çıxıb, əllərində konstitusiyanın köhnə versiyasını tutublar. Polis və Milli Qvardiya onları Saray Meydanından uzaqlaşdırıb, bir neçə nəfərin saxlandığı bildirilir.

Səsvermə zamanı qutulara topayla bülleten atılması, digər pozuntularla bağlı saysız məlumatlar verilib. Bir gün öncə Sankt Peterburqda polis səsvermə prosesini işıqlandıran MediaZona əməkdaşı David Frenkel-in qolunu sındırıb. Hakim orqanlar insidentin araşdırıldığını bildirib.

MSK ilkin nəticələrin ölkənin qərb hissəsində səsvermə bitməmiş dərc edib ki, bu da qanunvericilikdə qadağandır. Ancaq görünür, bu ümumxalq səsverməsi referendum qanunlarına uyğun keçirilməyib.

Putin 2024-də seçkiyə gedə biləcəyini deyir

Rusiya Elmlər Akademiyasında səs verən Putin deyib ki, 2024-cü ildə prezident seçkisində iştirak edə bilər. Əgər o, bundan sonra daha iki müddətə prezident olarsa, vəzifədən gedəndə 84 yaşı olacaq.

Putin-in tənqidçiləri, hüquq ekspertləri, müxalifət siyasətçiləri və vətəndaş cəmiyyəti fəalları dəyişiklikləri "konstitusiya çevrilişi” adlandırıblar.

Dəyişikliklərdə həmçinin parlamentin hökumətin formalaşdırılmasında səlahiyyəti gücləndirilir, səlahiyyətinin bir hissəsi müxtəlif dövlət strukturları arasında paylaşdırılır.

Bundan başqa, rus dilinin "xalqın dövlətformalaşdırma dili” statusunun möhkəmləndirilməsi, Konstitusiyaya Allah anlayışının salınması, nikahın yalnız kişi ilə qadının ittifaqı kimi təsdiqlənməsi nəzərdə tutulur.

Sovet dövründə KGB zabiti olan Putin 1999-cu ildən prezident, yaxud baş nazir postundadır. Tərəfdarları onun Sovet İttifaqı dağılandan və 1990-cı illərin böhranlarından sonra ölkəni və iqtisadiyyatı möhkəmləndirdiyini bildirirlər.
 
azadliq.org
Siyasət

Tofiq Yaqublu: “Paşinyanın qalib gəlməsi bizə daha ciddi problem yarada bilər” 

Nigar Səmədli
18 İyun 2021

Al Jazeera

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək.     Namizədlər arasında Ermənistanın sabiq prezidentlər Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan və hazırda Baş nazir vəzifəsini icra edən Nikol Paşinyan kimi şəxslər  yer alıb.   Elman Nəsirov - Sosial Media   Bəs Azərbaycanda Ermənistanda keçiriləcək seçkilərlə bağlı proqnozlar nədir?     Milli Məclisin deputatı Elman Nəsirov deyir ki, Ermənistanda seçkilərin gərgin keçəcəyi indidən məlumdur: “Tərəflər bir-birini dövlətə xəyanətdə ittiham edir, düşmən və satqın adlandırırlar. Budəfəki seçkinin əsas özəlliyi ondadır ki, Ermənistanı idarə etmiş bütün şəxslər seçkilərə qatılıb və bu da seçki prosesinə əlavə gərginlik gətirir. İlkin proqnozlar göstərir ki, əsas namizədlər...
Siyasət

Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı iddialarına cavab verdi

18 İyun 2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Azərbaycanda hərbi baza açacağı barədə ehtimallara şərh verməkdən imtina edib.  "RIA Novosti"-nin iyunun 18-də verdiyi məlumata görə, o, bu iddiaları şayiə adlandırıb.  "Biz bu məsələni müzakirə etməmişik və biz şayiələrə şərh vermirik", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.  Bir neçə gün əvvəl Bakıda jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış Şuşa Bəyannaməsi çərçivəsində Azərbaycan ərazisində Türkiyə Hərbi Qüvvələrinin bazasının yaradılması fikrini istisna etməmişdi.  "Bu məsələnin [hərbi bazanın yaradılması] inkişafı mümkündür. Bu mövzu Azərbaycan prezidenti İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə apardığı məsləhətləşmələrdən sonra təkmilləşə bilər. Həmçinin bizim danışıqlarımız prosesində də...
Seçilmiş Videolar