Siyasət

Rusiyalıların neçə faizi konstitusiyaya dəyişikliklərə ‘hə’ deyib?

29 İyun, 2020
731
Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTsIOM) iyunun 29-da rusiyalıların Konstitusiyaya dəyişikliklərə necə səs verməsilə bağlı sorğunun nəticələrini dərc edib. Dövlətin nəzarətində olan mərkəzin əməkdaşları vətəndaşları səsvermə məntəqələrindən çıxanda danışdırıb.

Mərkəz bildirir ki, rusiyalıların 76 faizi dəyişiklikləri dəstəkləyib. 23,6% dəyişikliklərin əleyhinə səs verdiyini, 0,6% bülletenləri korladığını deyib.

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib ki, ekzit-poll nəticələrinin açıqlanması qanun pozuntusu deyil. "Təəssüf ki, bu məsələ bizdə qanunla tənzimlənmir, bunu qadağan edəsi rıçaqlarımız yoxdur. Bircə onu xahiş elədik ki, heç olmasa, səsvermə bitənədək ekzit-polların nəticələri açıqlanmasın. Ancaq bu zaman yalnız tövsiyə verə bilərdik”, – o deyib.

Politoloq Valeriy Solovey "MBX media”ya müsahibəsində deyib ki, Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergei Kirienko Prezident Vladimir Putinə səsverməyə seçicilərin 65 faizinin gedəcəyi vədini verib. "Belə bir məqsəd qoyulub, 73-75 faiz isə "hə” deməlidir. VTsIOM –un, belə deyək, ekzit-poll nəticəsinə baxanda bu rəqəmlərə doğru gedildiyini görürük”, – o bildirib.
VTsIOM iyunun 18-də açıqladığı rəy sorğusunda bildirirdi ki, rusiyalıların 68 faizi səsverməyə getməyi planlaşdırır, 47 faizi bunu mütləq edəcək. "Nastoyasheye Vremya” yazır ki, adətən, VTsIOM -un seçkiqabağı sorğularının nəticələri səsvermədən sonra açıqlanan nəticələrlə üst-üstə düşür.

Müstəqil Levada Mərkəzinin fevralda keçirdiyi sorğu da seçicilərin 64 faizinin səsverməyə gedə biləcəyini göstərmişdi. Ancaq bu nəticə koronavirus pandemiyasından öncə ortaya qoyulmuşdu, yay tətilləri nəzərə alınmamışdı.
Səsvermənin baş tutması üçün seçici iştirakı 50 faizdən az olmamalıdır. Müstəqil ekspertlərin fikrincə, Rusiyada hakim orqanlar son həftələr referendumda iştirak göstəricilərini qaldırmağa çalışırlar, büdcə təşkilatları işçilərini vaxtından qabaq səs verməyə məcbur edirlər.

Konstitusiyaya dəyişikliklər üzrə səsvermə iyunun 25-dən başlanıb, rəsmi səsvermə tarixi isə iyulun 1-nə təyin olunub. Dəyişikliklərin ya lehinə, ya da əleyhinə səs vermək təklif olunur.

Dəyişikliklərə Vladimir Putinin əvvəlki prezidentlik müddətlərinin sıfırlanması, rus dilinin "xalqın dövlətformalaşdırma dili” statusunun möhkəmləndirilməsi, Konstitusiyaya Allah anlayışının salınması, nikahın yalnız kişi ilə qadının ittifaqı kimi təsdiqlənməsi daxildir.

azadliq.org

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo