Rəsmi səhifə
Rusiya Hərbi Dəniz Donanmasının (HDD) gəmiləri və şəxsi heyəti Bakıya gəliblər.
Bu barədə bu gün, avqustun 5-də Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiyanın hərbi gəmiləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçiriləcək “Dəniz kuboku” müsabiqəsində iştirak edəcək.
Diqqətçəkən məqam odur ki, Rusiya hərbi gəmilərinin üzərində "Z" hərfi olub. Müdafiə Nazirliyinin yaydığı şəkillərdən də bu aydın görünür.
(Məsələ ictimailəşəndən sonra Müdafiə Nazirliyi "Z" hərfi olan gəminin şəklini rəsmi saytından çıxarıb.)
"Z" - militarist simvolu Rusiyanın Ukraynada apardığı müharibənin simvolu sayılır. Simvol haqqında müxtəlif spekulyasiyalar var. Martın 3-də Rusiya Müdafiə Nazirliyi simvolun "Qələbə naminə" ( "за победу") mənasını verdiyini açıqlayıb.
Bəzi ölkələrdə "Z" işğalçılıq simvolu hesab edildiyinə görə qadağan edilib.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir