Siyasət

Ruslan İzzətli nazirə müraciət etdi: "Qanunsuzluğun qarşısı alınsın"

30 Aprel, 2022
140

Siyasi fəal Ruslan İzzətli daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Bu barədə Ruslan İzzətli "Feysbuk" hesabında yazıb. 

O bidirib ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin keçmiş rəisi Cavanşir Məmmədovun Xətai rayonundakı obyekti sakinlərə problemlər yaradır: "Bakı şəhəri, Xətai rayonu Vanq Tau, ev 188 ünvanındakı “Yenisey” restoranının ərazisində metal konstruksiyadan ibarət idman kompleksi - qapalı mini futbol meydançası inşa edilib. 
Hərbi xidmətdə olduğum zaman tikilən qanunsuz futbol meydançası evin gün işığının qarşısını alır. Bununla yanaşı, gecə saat 01:00 qədər futbol oynayırlar. Səs-küydən evdə oturmaq olmur. Obyektdə çalışanların verdiyi məlumata görə futbol meydançası, ətrafındakı obyektlər Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin keçmiş rəisi, polis general-mayor Cavanşir Məmmədovundur. Cavanşir Məmmədovun qardaşı oğlu da Xətai Rayonu Polis İdarəsinin rəsi İlqar Məmmədovdur". 

İzzətli deyir ki, sakinlər dəfələrlə şikayət etsələr də, nəticə yoxdur: "Qonşular dəfələrlə şikayət etsə də müsbət nəticə yoxdur. Müsbət nəticə olmadığını da obyektin sahibi olduğunu iddia olunan şəxslə əlaqələndirirlər". 

O, məhkəməyə müraciət edəcəyini də istisna etməyib: "Qanunsuz tikilinin sökülməsi üçün məhkməyə müraciət edəcəyəm. Amma hüquqi proses müddətində gecə futbol oyununun qarşısını almaq üçün 2 (iki) gündür DİN-in 102 xidmətinə zəng edirəm. Xətai 36-cı Polis Bölməsi hələ ki müsbət yöndə addım ata bilmir". 

İzzətli daxili işlər nazirinə müraciətində qeyd edib ki, baş verənlər qanunsuzluqdur və qarşısı alınmalıdır: "Görünən odur ki, Daxili İşlər Nazirliyinə edilən şikayət belə, Xətai rayonundakı kiçik paşalara görə müsbət nəticə vermir. Cənab Vilayət Eyvazov, zamanınız olanda rayon polis rəislərinizə tapşırın ki, biznes işlərindən vaxt ayırıb vətəndaşın yaşamaq hüququnu da tanısınlar!"

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev "Toplum TV"-yə deyib ki, Ruslan İzzətlinin müraciəti araşdırılır. 

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo