Siyasət

Sabiq icra başçısının Azərbaycana ekstradisiyası üçün sorğu göndərilib

5 Oktyabr, 2022
172

Açıq mənbələrdən götürülüb

Baş Prokurorluq oktyabrın 5-də Polşada saxlanılan Qubadlının sabiq icra başçısı Elxan Nuriyevlə bağlı məlumat yayıb.

Bildirilir ki, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanmış və E.Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib.

https://toplum.tv/mehkeme/baku-steel-isi-usaqliq-dostlari-mehkemede-uz-uze-qalib

Məlumata görə, Elxan Nuriyev oktyabrın 2-də o, Polşa Respublikasının ərazisində saxlanılıb.

"Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilmişdir", - deyə rəsmi xəbərdə qeyd olunub. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

“Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə fəallar və hüquq müdafiəçiləri bəyanat yaydı

29 Noyabr 2022

Açıq mənbələrdən götürülüb

Milli Məclisinin müzakirəsinə çıxarılan “Siyasi Partiyalar haqqında” qanun layihəsi barədə ictimai-siyasi fəallar və insan hüquqları müdafiəçiləri birgə bəyanat verib.  Toplum TV xəbər verir ki, bəyanatda qanun layihəsini ölkənin ictimai həyatının idarə olunmasında iştirak etmək hüququ və birləşmək azadlığını məhdudlaşdıran müddəalardan ibarət mürtəce sənəd olduğu və vətəndaşların siyasi iradəsinin boğulmasına yönəldiyi bildirilir. "Hesab edirik ki, yeni qanun layihəsində siyasi partiyanın təsis edilməsi, qeydiyyata alınması, maliyyələşməsi, fəaliyyətinə nəzarət, fəaliyyətinin dayandırılması və ya xitam verilməsi və s. hallar üzrə müddəaları siyasi fəaliyyət imkanları ildən-ilə məhdudlaşan ölkə üçün qəbul edilməzdir. Eyni zamanda, “Siyasi partiyalar haqqında” qanun layihəsi ölkəmizin üzv olduğu Avropa Şurasının təməl prinsipləri, o...
Siyasət

“Siyasi partiyalar haqqında” qanun layihəsi qəbul edildi

29 Noyabr 2022

Rəsmi səhifə

Bu gün, noyabrın 29-da Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Milli Məclisin rəsmi saytı məlumat yayıb.  Bildirilir ki, qanun 6 fəsil və 30 maddədən ibarətdir. Layihəyə əsasən, dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvü olmalıdır.  https://toplum.tv/iqtisadiyyat/berber-derzi-ve-taksi-suruculerinin-odeyeceyi-tibbi-sigorta-haqqi-melum-oldu Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilinəcək. Həmçinin layihəyə əsasən, seçkilərdə parlamentdə yer qazanmayan bütün partiyalar da maliyyə yardımı alacaq. Qanun layihəsi ilə ətrafı buradan tanış ola bilərsiniz: Siyasi partiyalar haqqında qanun 

Seçilmiş Videolar

Toplum TV loqo