Açıq mənbələrdən götürülüb
Ali Məhkəmədə Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədov barəsində Apellyasiya Məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.
APA-nın xəbərə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Nəticədə sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub və onun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.
Xatırlatma
Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək 7 il 3 ay azadlıqdan məhrum edilib.
Sonradan məhkəmə Qoca Səmədovun səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.
Açıq mənbələrdən götürülüb
Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi
Açıq mənbələrdən götürülüb
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?
Dolanmaq üçün böyrəyini satdığını deyən veteran xanım evsiz qalıb