Siyasət

Şahbaz Quliyev aksiya keçirib

1 Aprel, 2022
257

açıq mənbədən götürülüb

6 il erməni əsirliyində qalan Şahbaz Quliyev Prezident Administrasiyası qarşısında etiraza cəhd edib.

Meydan TV-nin xəbərinə görə, Şahbaz Quliyev əsirlikdən qaytarılandan sonra gördüyü biganə münasibətdən gileylənib. 6 ildən sonra həyatını yenidən qurması üçün ehtiyacı olan dəstəyi görmədiyini deyib.

Ş.Quliyev əlil kimi pensiya və veteranlıq statusu bilmədiyini deyir. Bildirir ki, Məşğulluq Xidmətindən ona aylıq 160 manat maaşla süpürgəçi işi təklif edilib.

Ş.Quliyev həmçinin çox çətin vəziyyətdə yaşadığını bildirib: “Evimin qazını və işığını kəsiblər. 1 manat pulum olmadığından Müşfiq qəsəbəsindən Bakının mərkəzinə piyada gəlmişəm. 1 il yeddi aydır çox çətin vəziyyətdə yaşayıram.”

Ş.Quliyevə başda müdaxilə edən polis daha sonra onu idarəninin qarşısınadək müşayiət edib və Prezident Administrasiyasının qəbuluna keçməsinə isə icazə verilməyib. Polis əməkdaşları Şahbaz Quliyevi Bakı Şəhər Baş Polis İdarəsinə aparıb oradan da sərbəst buraxıblar.

Siyasət

ABŞ səfirliyi 14 may aksiyası barədə

Roza Məmmədova
17 May 2022

Toplum Tv

Birləşmiş Ştatların səfirliyi "Toplum TV"yə açıqlamasında Azərbaycan hökumətini vətəndaşların konstitusion hüquqlarına hörmət etməyə çağırıb Birləşmiş Ştatlarının Səfirliyi Azərbaycan hökumətini insan hüquqlarına və əsas azadlıqlarına hörmətlə yanaşmağa, o cümlədən bütün vətəndaşların öz fikirlərini dinc şəkildə ifadə etməsinə, azad toplaşma hüququndan istifadəsinə imkan verməyə çağırıb. Mayın 14-də Bakıda dinc etiraz aksiyasının iştirakçılarına qarşı zorakılıq və jurnalistlərlə ictimai fəallara təzyiqlə bağlı “Toplum TV”nin sorğusuna Birləşmiş Ştatlar səfirliyindən verilən cavabda belə deyilir.  “Biz bütün dünyada etdiyimiz kimi, Azərbaycanda da hökuməti medianın təhlükəsizliyini təmin etməyə və jurnalistlərin zorakılıq, təhdid və ya ədalətsiz həbsdən qorxmadan öz vəzifəsini yerinə yetirmək imkanlarını qorumağa çağırırıq”,- deyə açıqlamda qeyd olunub....
Siyasət

Putin niyə MDB ölkələrinin KTMT-yə üzv olmasını istəyir?

Roza Məmmədova
17 May 2022

Reuters

"Putinin dediklərini dinləməliyik, amma əhəmiyyət verməməliyik” Azərbaycanın sabiq xarici İşlər naziri Tofiq Zülfüqarov “Toplum TV”yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mayın 16-da Moskvada keçirilən sammitində Rusiya Prezidentinin çıxışını şərh edərkən belə deyib. Rusiya Prezidenti Vladimir Putin məlum nitqi zamanı Müstəqil Dövlətlər Birliyinə (MDB) KTMT-də müşahidəçi statusunun verilməsi təklifi ilə çıxış edib. Bir gün əvvəlsə Belarusun müdafiə naziri Viktor Xrenin bir neçə ildən sonra onlarla ölkənin KTMT-yə qoşulacağını bəyan etmişdi. Hazırda təşkilatın üzvləri Rusiya, Belarus, Qazaxıstan, Ermənistan, Qırğızıstan və Tacikistandır. Putin saamitdəki çıxışında KTMT-nin payızda birgə hərbi təlimlər planlaşdırdığını da deyib. Onun sözlərinə görə, təlimlərin sayı getdikcə artacaq və onlar Qazaxıstan,...

Seçilmiş Videolar

Toplum TV loqo