Açıq mənbələrdən götürülüb
Prezident İlham Əliyev bu gün, iyulun 18-də Şahin Bağırovu Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini təyin edib.
Bu barədə Prezidentin mətbuat xidməti məlumay yayıb.
Sərəncama əsasən, Komitəyə sədr təyin olunanadək həmin vəzifəni müvəqqəti olaraq Şahin Bağırov icra edəcək.
Eyni zamanda, Dövlət Gömrük Komitəsi sədrinin Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki birinci müavini olacaq.
Şahin Bağırov 2014-cü ildə Gömrük Komitə sədrinin müavini vəzifəsinə təyin olunmuşdu.
Səfər Mehdiyevin komitə sədri olduğu vaxt isə – 6 iyul 2018-ci ildə Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib.
Şahin Bağırov gömrük sistemindən çıxarılandan sonra Əmlak Məsələləri Dövlət Xidmətində çalışırdı.
Səfər Mehdiyev İyulun 16-da Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən azad edilib.
Rəsmi səhifə
Rəsmi səhifə
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir