Siyasət

Saleh Rüstəmli aclığın 12-ci günündə - “Komaya düşə bilər”

Şəhla Kərim
17 Noyabr, 2021
2267

Açıq mənbələrdən götürülüb

“Saleh Rüstəmli quru aclığa keçsə, komaya düşə bilər”

Bu sözləri hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində aclıq aksiyası keçirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov “Toplum TV”-yə açıqlamasında deyib.

“Hələ də aclığı davam etdirir. Halsızdır, 10 kq-a yaxın çəki itirib, nəbzi 120 vurur. Damarında yaralar əmələ gəlib. Noyabrın ayının 14-ü Ombudsman Aparatının iştirakı ilə görüş təşkil olundu. Aparatdan həkimlər gəlmişdi, bildirdilər ki, aclığı dayandırmasa, komaya düşə bilər. Yəni, beyin fəaliyyətini dayandıra bilər. Sonra onu bərpa etmək mümkün deyil. Çünki hüceyrələr məhv olacaq” - deyə Bəhruz Bayramov bildirib.

Ombudsman Aparatının mətbuat katibi Emil Şahzadə isə Saleh Rüstəmlinin vəziyyətini belə qiymətləndirib:

“Ombudsmanın [Səbinə Əliyevanın] tapşırığı əsasında Aparat əməkdaşları Milli Preventiv Qrupun həkim üzvünün işitrakıyla Saleh Rüstəmli ilə görüşlər keçirib. Onun vəziyyəti diqqətdə saxlanılır. Ailə üzvləri və yaxınları ilə görüşlər təmin olunub. Vəkili ilə mütəmadi görüşlər üçün şərait yaradılır”.

Hərçənd Emil Şahzadə S.Rüstəmlinin komaya düşə biləcəyi barədə həkim rəyindən  məlumatsız olduğunu deyib.

Emil Şahzadə - Açıq mənbələrdən götürülüb

Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı AXCP üzvü S.Rüstəmli artıq 12 gündür ki, aclıq aksiyası keçirir. O, adının Amnistiya Aktında olmamasına etiraz edir.

Amnistiya Aktı bu ilin noyabr ayında Zəfər Gününün ildönümü ilə əlaqədar qəbul edilib. Akt Qarabağ müharibəsində iştirak etmiş şəxslərə və onların yaxınlarına şamil olunur. Buna görə, Birinci Qarabağ müharibəsinin iştirakçısı, 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş S. Rüstəmli düşünür ki, amnistiya ona da şamil olunmalıdır.

Repressiya və İşgəncələr Əleyhinə Komitənin işçi qrupunun üzvü Nasir Əliyev isə S. Rüstəmlinin adının Amnistiya Aktında olmamasını aktın 10-cu maddəsi ilə əlaqələndirir.

“Amnistiya Aktı müharibə iştirakçılarına aid edilsə də, 10-cu bəndə Cinayət Məcəlləsinin bir çox maddələri əlavə edilib. Bu maddələr əsasında həbs olunanlara Amnistiya Aktı şamil olunmur.  Qərar siyasi sifarişlə həbs olunanlara qarşı düşünülüb. Saleh Rüstəmli də həmin maddələrdən biri ilə həbs olunub”.

“Hökumətin Qarabağ təbliğatı, qazilərə “sevgisi” boğazdan yuxarıdır”

Hazırda Saleh Rüstəmli ilə yanaşı daha bir neçə AXCP üzvü də həbsdədir. Onlardan Niyaməddin Əhmədova 13 il, Aqil Hümbətova isə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

AXCP sədri Əli Kərimli hesab edir ki, üzvlərin ardıcıl şəkildə həbs olunması Partiyaya qarşı yönəlmiş tədbirlərdir.

“İlham Əliyev hökuməti düşünür ki, bir halda ki, ölkədəki problemləri həll edə bilmirik, hakimiyyətin davamlılığını təmin etməkdən ötrü insanları qorxutmaq lazımdır. Onun üçün də danışan, haqqını tələb edən, xüsusilə də mütəşəkkil siyasi qüvvə olan Xalq Cəhbəsinin mənsublarına qarşı sərt cəza vermək praktikasına keçiblər. Məqsəd cəmiyyətin müəyyən bir hissəsini qorxudub özlərinə tabe etməkdir.  Heç bir cinayət törətməmiş Niyaməddin Əhmədov kimi bir gəncə 13 il müddətinə azadlıqdan məhrum etmək kimi qəddarlığın göstərilməsi, özünə və millətin uşaqlarına uşaqpulu tələb edən Aqil Hümbətovun şərlənib 10 il azadlıqdan məhrum edilməsi, hal-hazırda Qarabağ qazisi, yeganə “cinayəti” məhbəsdə olan əqidədaşlarına öz halal qazancından maddi yardım etmək olan Saleh Rüstəmlinin 4-cü il həbsdə saxlanılması və onun ölüm aclığı keçirməsinə heç bir reaksiyanın verilməməsi mən istisna etmirəm ki, müəyən adamları qorxuda bilər. Amma məsələnin başqa tərəfi də var. Milyonlarla insan görür ki, uşaqpulu tələb edənlərin uşaqlarına nəinki müavinət verilir, hətta bu tələbə görə adamı həbsə atıb 3 körpəsini atasız qoyurlar.

Hökumətin Qarabağ təbliğatı, qazilərə “sevgisi” boğazdan yuxarıdır. Çünki o, qazilərin ən adlı-sanlılarından biri, özü və dostları ilə birlikdə vətənə 46 kvadrat km-lik Başkəndi qazandırmış Saleh Rüstəmlini faktiki olaraq məhv edirlər. Çünki o, indiki hökumətin əleyhdarlarına yardım etməyə cəsarət edib” - deyə Əli Kərimli açıqlamasında qeyd edib.

Əli Kərimli - Sosial Media

 

“Azərbaycanda insanlar siyasi mənsubiyyətinə görə həbs edilmir”

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, Milli Məclisin üzvü Elman Nəsirov “Toplum TV”-yə müsahibəsində Azərbaycanda siyasi məhbusun olmadığını bildirib.

“Azərbaycan hüquqi-demokratik inkişaf yolu keçmiş dövlətdir. Ümumiyyətlə, demokratiyanın son həddi yoxdur. Əgər hansısa dövlət deyirsə ki, o, demokratiyanın son həddinə gəlib çatıb, deməli, həqiqəti təhrif edir. Demokratiyanın son nöqtəsini qoymaq mümkün deyil və Azərbaycan da müstəqilliyinin 30 illiyini qeyd etdi və bu 30 il ərzində kifayət qədər demokratik inkişaf yolunda nailiyyətlərə imza atıb. Ən başlıcası Azərbaycanda insanlar heç bir halda siyasi mənsubiyyətinə, siyasi baxışına görə həbs edilmir. Edilə də bilməzlər. Kimlərsə həbs edilibsə, deməli, burda cinayət əməli var,  bu, məhkəmənin predmetinə çevrilib, məhkəmədə məsələ araşdırılıb və qərar qəbul edilib. Qərardan appelyasiya şikayəti də vermək olar. Hüquqi müstəvidə mübarizəni aparmaq hər kəsin haqqıdır və ona heç kim mane ola bilməz. Ancaq bizdə nə baş verir? Bu və ya digər siyasi partiyanın təmsilçisi heç bir siyasi mənsubiyyətinə görə yox, hansısa cinayət əməlinə görə həbs edilir. Ondan sonra başlayırlar ki, bu siyasi məhbusdu. Beləcə, Azərbaycanda süni siyasi məhbus anlayışını yaradırlar. Məsələn, mənim haqqımda mətbuatda təhrif edilmiş, təhqiramiz fikirlər səsləndirirlər. Onlar da müxalif fikirli insanlardır. Mən onları bu fikirlərinə görə məhkəməyə versəm, məhkəməni udacam. Çünki onlar artıq cinayət tərkibi yaradan münasibət sərgiləyirlər. Siyasi məhbusu da onlar beləcə formalaşdırırlar. Azərbaycanda siyasi məhbus yoxdur, ola da bilməz. Cinayətkar var və o, cinayətinə görə cəzasını almalıdır. Müxalif fikrə görə heç kim həbs edilmir”.

Elman Nəsirov - Rəsmi səhifə

Norveç Helsinki Komitəsi (NHK) noyabrın 16-da Azərbaycan hakimiyyətini uzun müddətdir aclıq edən fəal Saleh Rüstəmovu həbsdən azad etməyə çağırıb.

"Saleh Rüstəmov, Azərbaycanın görkəmli siyasi məhbuslarından biri bir həftədən çoxdur həbsxanada azad edilməsi tələbi ilə aclıq edir.

Rüstəmov 2019-cu ildə siyasiləşdirilmiş ədalətsiz məhkəmə prosesi nəticəsində uydurma qanunsuz sahibkarlıq və narkotik cinayətləri ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. Azərbaycan hökuməti bu ittihamlardan çox vaxt hökuməti tənqid edən fəalların qanunsuz həbsi üçün istifadə edir”, - deyə sənəddə bildirilir.

NHK hüquq müdafiə qruplarının və fəalların Azərbaycan hökumətinə Rüstəmovu dərhal və qeyd-şərtsiz azad etmək çağırışlarına qoşulur.

"Hökumət Rüstəmovun ədalətsiz və əsassız həbsini davam etdirməməli, onun həbsdə yavaş-yavaş ölməyini müşahidə etməməlidir", - deyə NHK-nin bəyanatında vurğulanıb.

Xatırlatma

Qanunsuz sahibkarlıqda və AXCP-ni maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. Ona 2019-cu ilin martında 7 il 3 ay müddətinə həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

Saleh Rüstəmli və AXCP ittihamları rədd edir.  

Noyabrın 5-də Milli Məclis Amnistiya Aktı qəbul edib.

Amnistiya Aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunub.

Amnistiya Aktının 10-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin bir çox maddələrilə həbs olunmuş şəxslərə akt şamil edilmir. Saleh Rüstəmlinin təqsirləndirildiyi maddə də həmin siyahıya daxildir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Azərbaycana gələn turistlərin sayı 30 faiz artıb

Toplum TV
29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,7 milyon adam gəlib.  Toplum TV xəbər verir ki, bu barədə noyabrın 29-da Dövlət Statistika Komitəsi məlumat yayıb.  Bildirilir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,3 faiz çoxdur. https://toplum.tv/siyaset/pazerbaycan-ve-ermenistan-resmilerinin-serhedde-harada-goumlruumlseceyi-melum-olubp Əcnəbi turistlərin gəldiyi ölkələrin ilk beşliyi belədir:  1. Rusiya Federasiyası 30,7% 2. Türkiyə 17,9%  3. İran 7,7% 4. Hindistan 5,1% 5.Gürcüstan 4,8% 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı isə 27,1 faiz artaraq təxminən 1,5 milyon nəfər olub. Azərbaycan vətəndaşları ən çox Rusiya Federasiyasına, Gürcüstana, Türkiyəyə və İrana səfər ediblər. 2023-cü ilin yanvar-oktyabr aylarında...
Siyasət

ABŞ-ın yeni səfirinin Azərbaycana gələcəyi vaxt məlum oldu

29 Noyabr 2023

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Azərbaycandakı yeni səfiri Mark Libbi bu həftənin sonunda Bakıya gələcək. Toplum Tv xəbər verir ki, bu barədə noyabrın 29-da "Turan" informasiya agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.  Bildirilir ki, karyera diplomatı olan Libbi, təyinatından təxminən bir il yarım sonra, noyabrın əvvəlində Senat tərəfindən təsdiqlənib. Ötən ilin yayından, Li Litzenberqer postunu tərk etdikdən sonra Vaşinqton Azərbaycanda səfir təyin etməmişdi. https://toplum.tv/siyaset/pvasinqton-jurnalistlerin-hebsiyle-bagli-bakiya-ccedilagiris-edibp Libbinin Bakıya gəlişi dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə telefon danışığından bir neçə gün sonraya təsadüf edir. Libbi karyerası ərzində Brüsseldə ABŞ-ın Avropa İttifaqı yanında missiya rəhbərinin müavini vəzifəsində çalışıb. O, həmçinin ABŞ-ın Varşava, Nikosiya və Bağdaddakı səfirliklərində siyasi...

Seçilmiş Videolar

Toplum TV loqo