Siyasət

Saleh Rüstəmlinin ailəsi onun hara aparılmasından xəbərsizdir, həbsxana rəisi isə…

Şəhla Kərim
7 Noyabr, 2021
2261

Sosial Media

Bir qədər əvvəl Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov atasının “tubzon” kimi tanınan  3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilməsi haqqında yazıb.

"Atamın ədliyyə nazirliyinin xüsüsi təyinatlılar tərəfindən "tubzona" aparıldığı ilə bağlı məlumat əldə etmişik. Orada onu xəstəliyə yoluxdurub ölüm həddinə çatdırmaq istəyirlər" - "Feysbuk" hesabında yazan Sezgin Rüstəmov belə iddia edir.

İstirahət günü və axşam saatı olduğu üçün "Toplum TV" deyilənləri rəsmi qurumlarla dəqiqləşdirə bilməyib. Amma Saleh Rüstəmovun olduğu 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri  Çingiz Sadıqov "Toplum TV"-yə onun Penitensiar Xidmətin Müalicə Müəssisəinə köçürüldüyünü söyləmişdi.  

Sezgin Rüstəmov atası ilə görüş imkanının yaradılmasını tələb edir.

Gədəbəy rayonunun keçmiş icra başçısı, beynəlxalq qurumların siyasi məhbus kimi təqdim etdiyi  Saleh Rüstəmlinin 13 saylı cəzaçəkmə müəssisəsindən naməlum yerə aparıldığı deyilir. Bu barədə onun oğlu Sezgin Rüstəmov “Feysbuk” hesabında yazıb. 

“Mənə dedi ki, ya burdan mənim meyitimi çıxaracaqsınız, ya da məni buraxacaqlar”, - Saleh Rüstəmlinin qardaşı Taleh Rüstəmli “Toplum TV”-yə belə deyir.

O, qardaşının aclıq aksiyasına başladığına görə, cəzaçəkmə müəssisəsindən aparıldığını bildirir.

“Dünən mənə zəng etmişdi, aclığa başlayacağını söylədi. Bu gün isə dustaq yoldaşlarından biri zəng vurub Salehin türmədən naməlum yerə aparıldığını dedi. Düşünürəm ki, digər məhbusların qardaşımla birgə aksiyaya qoşulmaqlarının qarşısını almaq üçün onu başqa yerə aparıblar”.

Taleh Rüstəmli 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Sadıqovla əlaqə saxladığını və belə  bir cavab aldığını deyir: “Biz dünən Saleh Rüstəmli ilə danışdıq ki, aclığı buraxsın, razı sala bilmədik, ona görə də məcbur olub apardılar”.

Çingiz Sadıqov “Toplum TV”-yə qısa açıqlama verib: “Saleh Rüstəmli bizə müraciət etdi ki, səhhətimlə bağlı problem var, bayram günlərinə düşməyindən narahatam. Ona görə bizim müəssisədən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Hazırda maraqlanmışıq, səhhətində heç bir ciddi problem yoxdur”.

T.Rüstəmlinin söylədiyinə görəsə, cavab əsassızdır, qardaşının səhhətində heç bir problem yoxdur. 

Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramovun sözlərinə görə, o Penitensiar Xidmətin əməkdaşları tərəfindən aparılıb, amma hara aparıldığı haqda o da məlumatsızdır.

“Rəsmi ərizə yazıb aclıq aksiyasına başlayacağını mənə bildirmişdi. Dünən axşam da Penitensiar Xidmət onu cəzaçəkmə müəssisəsindən aparıb. Amma hara aparıblar, niyə aparıblar, bilinmir. Nə Penitensiar Xidmət, nə də Ombudsman Aparatı zənglərimə cavab verir”. 

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov işdə olmadığını,  bayramdan sonra mövzu haqqında danışa biləcəyini söyləyir. 

Taleh Rüstəmlinin dediyinə görə, qardaşının aclıq etmək istəməsinə səbəb Amnistiya Aktının ona şamil edilməməsidir. 

“Neçə vaxtdır aclıq etmək istəyirdi, hər dəfə yalvarırdıq ki, etmə. Axır sözü bu oldu ki, bütün hüquqi qapılar mənə bağlandı. Ölkədə bütün hüquqi prosedurlar bitib, hüququ bərpa olunmayıb. Avropa İnsan Haqları Məhkəməsinə də rüşvət verib işi uzadırlar.

Deyir ki, mən türmədən çıxandan sonra Avropa Məhkəməsi mənim işimə pul ayıracaq, o pul mənə lazım deyil. Ya mənim burdan meyitimi gəlib aparacaqsınız, ya da məni buraxacaqlar. Bundan başqa yol yoxdur”.

Qanunsuz sahibkarlıqda və Azərbaycan Xalq Cəbhəsi Partiyasını maliyyələşdirdiyi üçün pul yumaqda ittiham olunan Saleh Rüstəmli 2018-ci ilin mayın 8-də həbs olunub. 2019-cu ilin martında 7 il 3 ay həbs cəzası verilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib.

O da, AXCP də ittihamları rədd edir.   
Noyabrın 5-də Milli Məclis amnistiya aktı qəbul edib. 

Amnistiya aktının 16-17 min adama şamil olunacağı, onlardan 3 min nəfərin həbsxanadan çıxacağı qeyd olunur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın iqtisadiyyat naziri vəzifəsindən azad olunub 

8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. https://toplum.tv/sosial/pprezidentin-serencami-naxccedilivanda-neyi-deyisecek-nbspp Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də NMR Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun Fərmanı ilə bu vəzifəyə təyin edilmişdi.
Siyasət

İlham Əliyev Ermənistanla verilmiş birgə bəyanatdan danışıb

Toplum TV
8 Dekabr 2023

President.az

Dekabrın 8-də Prezident İlham Əliyev Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib. Toplum TV xəbər verir ki, görüşdə bir sıra məsələlərə, həmçinin Azərbaycanla Ermənistan arasında sülh quruculuğu prosesinə toxunulub.  Buriç xüsusilə Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı alqışladıqlarını bildirib, Avropa Şurasının iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə verməyə hazır olduğunu vurğulayıb. https://toplum.tv/siyaset/presmi-moskva-azerbaycanla-ermenistan-arasindaki-razilasmaya-muumlnasibet-bildiribp Öz növbəsində İlham Əliyev qeyd edib ki, sözügedən birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir. Prezident həmçinin vurğulayıb ki, Avropa Şurası da iki ölkə...

Seçilmiş Videolar

Toplum TV loqo