Siyasət

Saleh Rüstəmlinin qardaşı: “Mənə dedi ki, ölüm aclığına başlayacaq”

31 Mart, 2021
1373

Meydan.tv

“Mənə dedilər, qardaşın yazsın ki, Əli Kərimli məni aldadıb, səhv yola çəkib, İlham Əliyevdən üzr istəyirəm”. 

Siyasi məhbus kimi tanınan Saleh Rüstəmli qardaşı Taleh Rüstəmli “Toplum TV”-yə müsahibəsində belə deyib. 

O, əfv ərizəsi yazması üçün qardaşına təzyiq edildiyini bildirib.

“Təzə tutulanda təhdid edirdilər ki, əfv ərizəsi yazmasan, səninçün yaxşı olmayacaq, filankəs yalvardı, sən də yalvaracaqsan, səni sındıracağıq.Qardaşım da cavab verirdi ki, 7 il iş vermisiz, axıra kimi bu cəzanı çəkəcəm, amma ərizə yazmayacam. Mağazası vardı, müsadirə etdilər. 13 saylı cəzaçəkmə müəssisəsinin əvvəlki rəisi cavan oğlan idi, onun yanında Ədliyyə Nazirliyinin nümayəndəsi Salehə demişdi ki,  elə edəcəyik, sən də filankəs kimi özün gəlib yalvaracaqsan. Həmin adam  indi partiya sədridir, adını çəkmək istəmirəm”.

T.Rüstəmlinin sözlərinə görə, qardaşıyla yaxınlıq edən  məhbusları da incitməyə başlayıblar.

“Görürlər Saleh ərizə yazmır, yalvarmır, keçiblər ətrafındakı adamlara. İndi də yanına gəlib-gedən adamlara təzyiq edirlər, kim ki onunla çörək yeyir, onlar haqqında çox əxlaqsız sözlər yayırlar. Qardaşım buna etiraz olaraq ölüm aclığına başlayacağını deyir”.

“Həbsxana rəhbərliyi öz adamı olan dustağı göndərib Salehin yanına. O, qardaşıma deyib ki, çöldə uşaqların, bacın, tələbələrin, yoldaşların var, yaxşı deyil, sən özün yaxınlaş, üzr istə, barışın. Saleh deyib, mən nə etmişəm ki, barışam da? Görürlər ki, təhdid nəticə vermir, indi də başqa üsula keçiblər. Orda kim onunla oturub-durursa, haqqında başqa sözlər danışmağa başlayırlar. Bundan əvvəl jurnalist Bəhruz Əliyev Salehlə çörək yeyirdi, onu ordan çıxarıb 2-ci kalona göndərdilər. O gedəndən sonra başqa adamla oturur, indi də onun haqqında söz-söhbət etməyə başlayıblar. Guya bu adam geydir, Saleh belə biriylə çörək yeyir. Qardaşım deyir ki, bu üsulla onu hamıdan təcrid etmək, təkləmək istəyirlər” – T.Rüstəmli belə deyir.

Onun sözlərinə görə, qardaşına vəkili Bəhruz Bayramovla da görüşməyə icazə verilməyib:

“Martın 28-də vəkili getmişdi, Salehlə rəisin otağından telefonla danışa bilib. Vəkil deyir, rəis söz verib ki, o adamları  cəzalandıracaq, xahiş edib ki, Saleh aclığa kampaniyasına başlamasın”.

Taleh Rüstəmov bildirir ki, onlara da müxtəlif təkliflər edilib:

“İlk günlərdə çox təztiqlər oldu. Respublika Prokurorluğundan gəldilər rayona, dedilər ki, bax sizin obyektinizi əlinizdən almırıq, evinizə də dəymirik, hələ sizə şərait də yaradarıq. Qardaşın bir kəlmə yazsın ki, Əli Kərimli məni aldadıb, səhv yola çəkib, İlham Əliyevdən üzr istəyirəm. Dedim, bəyəm qardaşım uşaqdır? 52 yaşı var, aldadıb nədir? Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsindən də gəlmişdilər, məni hədələdilər ki, qardaşın belə edir, evsiz qalacaqsız. Dedim, eybi yox, çöldə qalarıq. Əli Kərimlinin əleyhinə danışmağımızı istəyirlər. Bunu da bizdən ala bilməyəcəklər, öldürürlər-öldürsünlər”. 

Fuad Əhmədli - Sosial Media

Siyasi Məhbuslar və İşgəncə Qurbanlarının Müdafiəsi Mərkəzinin həmtəsisçisi, AXCP fəalı Fuad Əhmədli deyir ki, Saleh Rüstəmliyə əvvəllər də ərizə yazması üçün təzyiq edilib:

“Sonuncu əfv sərəncamıyla 30-dan artıq siyasi məhbus azadlığa buraxıldı. O ərəfədə bizə məlumatlar gəlirdi ki, Saleh bəyə əfv ərizəsi yazmaq təklif olunub, amma o qəbul etməyib. 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Saleh bəyin vəkil Bəhruz Bayramov və bacısı Yeganə Rüstəmovayla görüşməsinə məhdudiyyət qoyub. Bu, sifariş əsasında atılmış repressiv addımdır və belə düşünməyə əsas verir ki, Saleh bəyin bizə bildirdiyi təhlükə məsələsi realdır, bu işin də başında birbaşa 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbəri dayanır. Yeri gəlmişkən, hüquq müdafiəçilərinə də məhdudiyyətlər tətbiq olunur. Məsələn, Novruz bayramı qeyd olunan 10 gün ərzində Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov iş başında deyildi. Ümumiyyətlə, ondan hər hansı məhbusla bağlı məlumat almaq olmur. Biz ayrı-ayrı hallarla bağlı onunla əlaqə saxlamağa çalışmışıq, amma çox təəssüflər olsun ki, Mehman bəydən münasibət öyrənmək mümkün olmayıb”.

Fuad Əhmədli hökuməti bu məsələ ilə bağlı tədbirlər görməyə çağırır:

“Biz inanmaq istəmirik ki, ölkə rəhbərliyi azadlığı və ata yurdu da daxil olmaqla,  bütün mülkiyyəti qanunsuz olaraq əlindən alınmış bir məhkum haqqında hər gün narahatedici xəbərlər yayılmasında, bununla bağlı beynəlxalq təşkilatlara hesabatlar göndərilməsində, bununla bağlı Azərbaycan hakimiyyətinin və dövlətinin imicinə zərbə dəyməsində maraqlıdır. Ona görə də hesab edirik ki, ölkə rəhbərliyi adekvat addımlar atmalı və analoji halların təkrarlanmaması üçün müstəsna səlahiyyətlərindən istifadə edərək tədbirlər görməlidir.

13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunusovsa daxili nizam-intizamın, məhkumların təhlükəsizliyinin və sağlamlığının qorunmasına birbaşa məsuldur. Gözləntimiz ondan ibarətdir ki, Saleh bəy təbii haqqı olan azadlığına qovuşacaq, ikincisi də heç olmasa azadlığa çıxana qədər təhlükəsizliyinin və sağlamlığının qorunmasına müəssisə rəhbərliyi tərəfindən təminat veriləcək”.

Bəhruz Bayramov - Sosial Media

Saleh Rüstəmovun vəkili Bəhruz Bayramovun sözlərinə görə, həbsxanada üzləşdiyi problemlər barədə Saleh Rüstəmli ona da məlumat verib:  

“Saleh bəy hesab edir ki, bu onu nüfuzdan salmaq üçün təşkil olunan hərəkətlərdir”.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov “Toplum TV”-nin sözügedən məsələylə bağlı sualına belə cavab verib:

“Mən bu məsələni araşdırmışam, heç bir təhdid yoxdur. Qətiyyən. Nə ona, nə də digər məhkumlara hər hansı təhdiddən söhbət gedə bilər”.

Mehman Sadıqov - Sosial Media

Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov atasının həbs tarixçəsini belə şərh edib:

“2018-ci il mayın 8-də qardaşıyla birlikdə Gədəbəydən Bakıya gələn atamı Şəmkir postunda maşından düşürüb başına torba keçirib naməlum istiqamətdə aparıblar. Bir neçə gün sonra Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində olduğu bilinib. İlk ittiham narkotik satışıydı, sonra çirkli pulların yuyulması maddəsi də əlavə olundu. Atam orda ağır işğəncələrə məruz qalıb. 2019-cu ilin mart ayında ona 7 il 3 ay həbs cəzası kəsilib, Appelyasiya Məhkəməsi cəzanın müddətini 7 il 1 aya endirib. Əslində, atamı siyasi məhbus ailələrinə maddi yardım etdiyinə görə cəzalandırıblar”.


 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo