Siyasət

Saleh Rüstəmovun həyat yoldaşı- “Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb. Qürur duyuram”

Vüsalə Mikayıl
27 May, 2022
1462

açıq mənbələrdən götürülüb

Prezident İlham Əliyev mayın 27-də "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

Əfv olunanlar arasında Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Saleh Rüstəmov da var.

S.Rüstəmon həyat yoldaşı hazırda Rusiyada yaşayan Aynur Rüstəmova sevincini “Toplum TV” ilə bölüşüb.

O çoxdan gözlədikləri  xəbəri bu gün aldıqlarını deyir:  “Uşaqlar da, mən də hədsiz sevincliyik. Biz qərib ölkədəyik, səbirsizkliklə onun yolunu gözləyirik”.

A.Rüstəmova həyat yoldaşının heç bir müraciət olmadan azadlığa çıxdığını söyləyir: “Buna da şükür. Ərizə yazmadan azadlığa çıxıb. Ona dəfələrlə müraciət olunmuşdu ki, müraciət etsin. Alnıaçıq, ərizə yazmadan azadlığa çıxıb. Bu bizim üçün böyük şərəfdir”.

O, Azərbaycan xalqının S.Rüstəmovu çox müdafiə etdiyini bildirir: “ Mən onunla qürur duyuram”.

Saleh Rüstəmov - açıq mənbələrdən götürülüb 

S.Rüstəmovun hələ ki azad olunan kimi Rusiyada yaşayan ailəsinin yanına gedib getməyəcəyi barədə məlumatları olmadığını deyir: “Necə gələcəyi haqqında dəqiq məlumatımız yoxdur. Uşaqlar da qarşılamaq üçün getmək istəyirdilər.Orda azadlığa çıxacaq, yoxsa bura gələcək hələ ki məlumat verilməyib”.

Vəkil Bəhruz Bayramov “Toplum TV”-yə  S.Rüstəmovun ailəsinin yanına getmək istədiyini bildirib. Lakin pasportunun müddəti bitdiyi üçün məsələ ilə bağlı diplomatik kanallarla danışıqlar getdiyini söyləyib. Hələlik isə danışıqların nəticəsinin məlum olmadığını əlavə edib.

AXCP üzvü Saleh Rüstəmov 2018-ci ilin mayında həbs edilmişdi. O,  "Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanunsuz maliyyələşdirilməsi" adlanan iş üzrə 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. S.Rüstəmov azadlığa buraxılması tələbilə 2021-ci il noyabrın 6-dan dekabrın 16-dək aclıq aksiyası keçirmişdi. Ölkədəki və beynəlxalq hüquq müdafiə təşkilatları Rüstəmovun həbsinin qanunsuz və siyasi sifarişli olduğunu bildirib, Amnesty İnternational təşkilatı onu vicdan məhbusu elan edib.

Siyasət

Demokratik Təşəbbüslər İnstitutu yeni hesabat yaydı

6 İyul 2022

Açıq mənbələrdən götürülüb

Azərbaycanda dövlət səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icrasını həyata keçirən və bu icraya nəzarət edən vahid bir qurum yoxdur.  Bu barədə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən (IDI) “Şəxsi və Ailə Həyatına Hörmət Hüququ (Konvensiya, maddə 8) ilə bağlı AİHM-in Azərbaycana qarşı Qərarlarının İcra Vəziyyətinə” dair hazırladığı hesabatda bildirili.  Hesabatda şəxsi və ailə həyatına hörmət hüququ,bu hüquqa olan təminatlar, o cümlədən AİHM qərarlarının hüquqi qüvvəsi nəzərdən keçirilib, yerli və beynəlxalq qanunvericilik analiz edilib.  Araşdırmada AİHM tərəfindən Azərbaycana qarşı 8-ci (“Şəxsi və ailə həyatına hörmət hüququ”) maddə altında çıxarılan və pozuntusu tanınan 16 qərarın qısa təsviri və həmin qərarların icra vəziyyəti,...
Siyasət

Şahid: Almaniyaya getmək üçün mənə AXCP üzvü olmağım barədə saxta arayış verdi

Leyli Cəfərova
6 İyul 2022

Açıq mənbələrdən götürülüb

“Sənədlərin hazırlanması üçün Ramin Hacılıya 4500 manat pul verdim. Sənədlər arasında AXCP üzvü olmağım barədə arayış da var idi. Ancaq belə heç bir partiyanın üzvü deyiləm”. Bunu iyulun 6-da Azərbaycan Avropa Hərəkatının həbsdə olan rəhbəri Ramin Hacılının məhkəməsində şahid qismində dindirilən Elnur Qəmbərov dedi. O, bu sənədlərin ona Almaniyaya getmək üçün lazım olduğunu söylədi. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidov şahiddən Almaniyaya getməsinin səbəblərini soruşdu. O bildirdi ki, azyaşlı övladı xəstədir, məqsədi onu Almaniyaya apararaq müalicə etdirmək olub: “Burda müalicələr təsir etmirdi, məcbur oldum ki, Almaniyaya getməyin yollarını tapım. Soraqlayıb bu şirkəti tapdım, Ramin Hacılı mənə sənədlərin toplanmasında kömək...

Seçilmiş Videolar

Toplum TV loqo