Siyasət

Şarl Mişel: Əliyev və Paşinyan sülh sazişinin əldə olunmasını istəyirlər

7 Aprel, 2022
200

president.az

Aprelin 6-da Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasın prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüş keçirib.

Görüşdə Qarabağ probleminin həlli istiqamətində səylərin gücləndirilməsi müzakirə edilib.

Şarl Mişel  üçtərəfli görüşdən sonra bəyanat  yayıb. Bəyanatın mətni Avropa Şurasının rəsmi saytında dərc  olunub.

Ş.Mişel Aİ-nin gərginlikləri aradan qaldırmaq, Cənubi Qafqazı regionda yaşayan insanların hamısı üçün təhlükəsiz, sabit, dinc məkana çevirmək üçün Ermənistan və Azərbaycanla əməkdaşlığı dərinləşdirmək öhdəliyini vurğulayıb.

O, dinc birgə yaşayışdan ötrü hər iki tərəfdən humanitar jestlərin vacibliyindən danışıb.

Girovların buraxılması, itkinlərin məsələsinin hərtərəfli həlli daxil bütün humanitar məsələlərin tam və sürətli həllinin vacibliyini, Aİ-nin bu səylərə dəstək verməyə hazır olduğunu deyib.

Bəyanatda deyilir ki, Aİ hər iki ölkə arasında inam yaratma tədbirlərini, o cümlədən ərazilərin minalardan təmizlənməsinə dəstəyi davam etdirəcək.

Bəyanat da o da qeyd olunub ki, İlham Əliyev və Nikol Paşinyan iki ölkə arasında sülh sazişinin tezliklə əldə olunmasını istədiklərini ifadə ediblər. Bu məqsədlə də gələcək sülh sazişinin hazırlanmasının üzərində işləmək üçün xarici işlər nazirlərinə göstəriş vermək qərara alınıb.

S.Mişel qeyd edib ki, görüş zamanı o da, qərara alınıb ki, delimitasiya kimi həsas məsələylə məşğul ölmaq üçn birgə komitə yaradılsın.


 


 


 

Siyasət

Əliyev Tokayevi Azərbaycana dəvət edib

17 May 2022

president.az

Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana səfər edəcək. "president.az”ın məlumatına görə, bu gün, mayın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. “İlham Əliyev Kasım-Jomart Tokayevi Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub", - məlumatda qeyd olunub. Dövlət başçıları iki ölkə arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər
Siyasət

Müharibə iştirakçıları Müdafiə Nazirliyi qarşısında aksiya keçirib

Samirə Əli
16 May 2022

Toplum Tv

Bu gün, mayın 16-da bir qrup II Qarabağ müharibəsi iştirakçısı Müdafiə Nazirliyi önündə etiraz aksiyası keçirib. Şikayətçilər deyir ki, yanvardan bəri onlara ayrılan veteranlıq təqaüdü verilmir. Dəfələrlə qurumun qarşısına toplandıqlarını bildirən müharibə iştirakçıları təqaüdlərin köçürülməsini tələb edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Müharibə veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdünü (80 manat) təyin edir. Nazirliyin məlumatına görə, təqaüdün hansı ayda təyin edilməsindən asılı olmayaraq, 2022-ci ilin 1 yanvar tarixindən hesablanaraq vətəndaşların bank kartına köçürüləcək.

Seçilmiş Videolar

Toplum TV loqo