Siyasət
Seçkiyə qatılan bloger: "Fəaliyyətimi bələdiyyə binasından davam etdirəcəyəm"
9 Noyabr, 2019
Baxış: 1342
Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini verib və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqlərini götürüb.

Toplum Tv mövzuyla bağlı Mehman Hüseynova suallar ünvanlayıb.

- Mehman bəy, necə oldu ki, bələdiyyə seçkilərinə qatılmaq qərarına gəldiniz?

- Mən bu qərara aylar əvvəl gəlmişdim. Düşünürəm ki, bu, mənim üçün bir test, sınaqdır. Parlament seçkisi qabağı  təcrübədir. Parlament seçkilərində nələr etməliyəm, hansı hüquqi addımlar atmalıyam, bir təcrübə olacaq. Ona görə də qərara gəldim ki, namizədliyimi verim. Əvvəl öz işimdə də bir bloger kimi xalqa xidmət etmişəm. Seçilsəm, artıq mənim məsuliyyətimi 2 qat artırır.

- Proseslə, sənədlərin alınıb imzalanması ilə bağlı hər hansı problem yaranıb?

- Biz artıq o proseslə məşğul oluruq. İmzatoplama kampaniyasına başlamışıq. Növbəti həftə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik. Bizə 100 imza lazımdır ki, qeydiyyata alınaq. Amma biz 150 imza toplayacağıq.

- Necə təbliğat aparacaqsınız?

- Bu barədə danışmaq hələ tezdir. Çünki hələ qeydiyyata alınmaq üçün imzatoplama mərhələsindəyəm. İndidən təbliğat aparmağım düz olmaz. Sonra açıqlamamı qarşıma qoyub namizədliyimi ləğv edə bilərlər. Ondan sonra mən nələr edəcəyəm, nələr vəd edəcəyəm, hamısı kampaniya çərçivəsində bilinəcək. Qeydiyyatımı təsdiq etsələr, seçki tarixində kreativ, maraqlı təbliğat olacaq. Mən əlimdə olan bütün platformalardan, sosial şəbəkələrdən, hətta "tik-tok"dan belə istifadə edəcəyəm.

- Bələdiyyənin səlahiyyətləri daha azdır. Siz seçildiyiniz təqdirdə nələr edə, nələri dəyişə biləcəksiniz?

- Bizdə Qaraçuxur bələdiyyəsi yox səviyyəsindədir. Orada nə olurlar, nə iş görürlər. Onlar ona görə iş görmürlər ki, təyin olunublar. Onları xalq seçməyib. Oturub müftə pul yeyirlər. Ola bilsin ki, hansısa bələdiyyə üzvü Suraxanı Rayon İcra Hakimiyyəti başçısının və ya başqa məmurun qohumu idi. Yəni dilləri qısa olurdu. Düşünürəm ki, mən seçilsəm, artıq qohumbazlıq və ya tanışlıq sistemini yığışdıracağam. Artıq icra başçısının da, bələdiyyə üzvlərinin də fəaliyyətinə nəzarət edəcəyəm. Çünki elə bir struktur olmalıdır ki, dövlət qurumları çəkinsin.

- Bələdiyyə seçkilərində qalib gəlsəniz, blogerliyinizi davam etdirəcəksiniz?

- Əlbəttə. Mən seçildiyim təqdirdə Qaraçuxur sakinləri biləcək ki, həm də jurnalist kamerası ilə daim onların yanındayam. Hər hansı bir ərazinin problemini çəkib işıqlandıracağam. Mən hətta  öz blogerlik fəaliyyətimi bələdiyyə binasının daxilindən davam etdirəcəyəm. Yəni orada korrupsiyanın qarşısını alacağam, torpaqları pulla satmaq, vətəndaşları incitmək və s. bu özbaşınalıqların qarşısını öz kameram ilə alacağam.
 

Elmar Əziz
Siyasət

Böyük Britaniya Qarabağdakı qələbə münasibətilə Azərbaycanı təbrik etdi

22 Yanvar 2021
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp II Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib. O, təbrikini yanvarın 22-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşündə çatdırıb. Azərbaycan-Böyük Britaniya əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini bundan sonra da əsirgəməyəcəyini qeyd edən C.Şarp ikitərəfli əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Azərbaycana köməklik göstərə biləcəyini bildirib.
Siyasət

Putin Avropa Birliyi ilə Navalnı məsələsini müzakirə etdi

22 Yanvar 2021
Rusiya Prezidenti Vladimir Putin və Avropa Birliyi Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub. Kremldən yanvarın 22-də verilən məlumata görə, telefon danışığı zamanı Şarl Mişelin xahişi ilə Aleksey Navalnı məsələsi də müzakirə edilib. Ancaq müzakirələrin hansı istiqamətdə getdiyi barədə detallı informasiya verilməyib. Məlumata görə, telefon danışığı zamanı Rusiya ilə Avropa Biriliyi Şurası arasındakı münasibətlərin vəziyyəti, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə, xüsusi ilə də birgə vaksin istehsalı və istifadəsi sahəsində əməkdaşlıq məsələlərinə diqqət ayrılıb. Yanvarın 18-də Almaniyadan müalicədən qayıdan Aleksey Navalnı paytaxt Moskvada hava limanında həbs olunub. Yanvarın 23-də müxalifət liderinin həbsinə etiraz əlaməti olaraq Rusiyanın bir çox bölgələrində kütləvi...
Seçilmiş Videolar