Səfir: “Xüsusilə qəbristanlığıln tamamilə dağıdılması çox ağrılı səhnədir”
trend.az
“Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır”.
“Report” un verdiyi xəbərə görə, Xorvatiyanın Azərbaycandakı səfiri Branko Zebic Cəbrayılda ermənilərin törətdiyi dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında belə deyib.
Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Belə hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.
Fevralın 6-da Azərbaycandakı diplomatik korpusun nümayəndələri və hərbi attaşelər işğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonuna səfər ediblər. Diplomatları və hərbi attaşeləri prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqaları müşayiət edirlər.
Buna qədər isə Azərbaycandakı xarici diplomatlar Azərbaycanın işğaldan azad edilən Ağdam və Füzuli rayonlarına səfər edib, oradakı dağıntılarla tanış olublar.
Sosial Media
Sosial Media
İddia: “Polis kapitanı mənə dedi ki, bu dəqiqə paqonumuzu cırıb başına oyun açacağıq”
7 uşaqlı ana: “Demirik ki, bizə ət alsınlar. Deyirik ki, hər ay bir yeşik ərzaq versinlər”
Könül Şamilqızı: “Zelenski arı yuvasına çubuq uzadıb”
"Paşinyan hakimiyyəti devrilsə, sərhədlərin açılması Türkiyənin də, Azərbaycanın da ziyanına işləyəcək”
İsa Qəmbər: “Xalq bu cür önəmli məlumatı erməni və rus mətbuatından öyrənməli deyil”