Siyasət

Şəhər bələdiyyələrinin yaranması niyə əhəmiyyətlidir?

13 Aprel, 2022
924

açıq mənbədən götürülüb

Son vaxtlarda Milli Məclisdə Bakı Böyük Şəhər Bələdiyyəsinin yaradılması mövzusu gündəmdədir. Məsələ ilə əlaqədar aprelin 5-də Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxış edib. Deputat bildirib ki, Azərbaycanda Bələdiyyə Məcəlləsi hazırlanır. Onun sözlərinə görə, Gəncə və Sumqayıtda vahid bələdiyyələr yaradılacaq. "Sonradan bu, effekt verərsə, Bakı Böyük şəhər Bələdiyyəsinin yaradılmasına baxıla bilər", - deyə o qeyd edib.

Böyük Şəhər Bələdiyyəsinin yaradılmasınının əhəmiyyəti nədir?

İqtisadçı Natiq Cəfərli deyir ki, Böyük Şəhər Bələdiyyələrinin yaradılması artıq çoxdan ortaya çıxmış bir zərurət idi.

“Hətta Azərbaycan 2002-ci ildə Avropa Şurasına üzv olarkən Böyük Şəhər Bələdiyyələrinin yaradılması barədə öhdəlik götürmüşdü. Bunun əhəmiyyəti Azərbaycan cəmiyyəti üçün kifayət qədər böyükdür. Çünki birbaşa mer seçkiləri şəhəri idarə edən qrup rəhbərinin vətəndaşlar qarşısındakı məsuliyyətini xeyli artıracaq. İndi icra başçısı təyin olunur. Amma təyin olunduğuna görə onun vətəndaşlar qarşısında heç bir öhdəliyi yoxdur. Seçilən mer isə istər- istəməz vətəndaşlara xidmət edəcək ki, növbəti dəfə də seçilə bilsin. İkinci məsələ, şəhər təsərrüfatı vahid mərkəzdən idarə olunacaq. Məsələn, biz Bakı şəhərini götürsək, görərik ki, zaman – zaman problemlər yaranır. Yolların düzəldilməsi ilə kommunal xidmətlər arasında əlaqə olmur. Sadə örnəklər versək, asfalt örtüyünü çəkdikdən sonra kanalizasiya xətlərinin yaradıldığını dəfələrlə görmüşük. Bu şəhər təsərrüfatının bir mərkəzdən idarə olunmamasının göstəricisidir”.

Natiq Cəfərli - sosial media

Natiq Cəfərli onu da vurğulayır ki, sözügedən bələdiyyə sistemində nəqliyyat sistemi bir mərkəzdən idarə olunacaq:

“Bakının nəqliyyat sisteminin ciddi problemləri var. Sərnişin daşıma nəqliyyatı müasir tələblərə cavab vermir. Burda da ciddi islahatların olması, prosesin bir mərkəzdən idarə olunması gözlənilir. Bundan başqa, şəhər təsərrüfatının vahid mərkəzdən idarə olunması vəsaitə da qənaət deməkdir. Yəni büdcədən ayrılan vəsaitlərin qənaətlə xərclənməsinə səbəb olacaq ki, bu da ümumilikdə pozitiv göstəricidir. İstənilən halda qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, Böyük Şəhər Bələdiyyələrinin yaradılması və mer seçkiləri, ölkələrin , şəhərlərin inkişafına təsir göstərib”.

Avropa Şurasına üzv dövlətlərin imzalaması üçün, 15 oktyabr 1985-ci ildən etibarən açıq elan edilən Yerli Özünüidarə Haqqında Avropa Xartiyasında Azərbaycanın yerli özünüidarəçiliklə bağlı aldığı tövsiyələrin bəziləri:

Tövsiyyə olunub ki, Nazirlər Komitəsi Azərbaycan hakimiyyət orqanlarını bələdiyyələrin müstəqil təssisatlar kimi dövlət idarəçiliyinin bir hissəsi kimi tanınması məqsədilə Azərbaycan Respublikasının bələdiyyələrin statusu haqqında qanununu yenidən nəzərdən keçirsin;

Demokratik və siyasi baxımdan hesabatlı bələdiyyələrə mühüm yerli dövlət səlahiyyətləri transfer etməklə yerli idarəetmə strukturları arasında vəzifə və səlahiyyətlərin bölgüsünə yenidən diqqətlə baxsın və aydınlaşdırsın;

Bələdiyyələrə məsuliyyətləri çərçivəsində və yerli əhalinin marağında olan dövlət işlərini tənzimləməyə və idarə etməyə imkan vermək məqdəsilə onları yerli dövlət hakimiyyət orqanlarının tabeçiliyinə salan subordinasiya münasibətlərinə son qoysun;

Öz səlahiyyətlərinə uyğun bələdiyyələrə davamlı maliyyə ressursları verməyə və öz hakimiyyətləri çərçivəsində ressurslarına sərbəst malik ola bilmələrini təmin etsin;

Yerli hökumət orqanlarının maraqlarını nəzərə almaqla dövlət transferlərini və xüsusi qrantları şəffaf və planlaşdırılmış şəkildə bölsün;

Bələdiyyələrin vergi toplanması mexanizmininin səmərəliliyini və bələdiyyələrlə fəal əməkdaşlığı təkmilləşdirməyə və bu prosedurların müvafiq ixtisaslaşdırılmış kadrlarla həyata keçirilməsini təmin etsin;

Bələdiyyələrin əmlakına dair 132 (2003) saylı Tövsiyyə və Xartiyanın prinsiplərinə uyğun olaraq, mümkün qədər tez bir zamanda, xüsusilə də paytaxtda, bələdiyyələri inzibati bina ilə təmin etməyə və əmlak məsələləri ilə bağlı sənədləri yekunlaşdırsın;

Bələdiyyələrin öz fəaliyyətləri barədə Azərbaycan Respublikasının Milli Məclisinə hesabat təqdim etmək öhdəliyini ləğv etməyə və icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətini məhdudlaşdırsın;

Bakı şəhərinin yerli özünüidarə orqanları üçün demokratik seçki sistemini təmin etməyi nəzərdə tutsun.

Avropa Şurası - GETTY IMAGES

İqtisadçı ekspert Nazim Baydəmirli də şəhərlərə icra başçılarının təyin edilməsinin idarəçiliyə vurduğu ziyanları qeyd edir. Onun sözlərinə görə, təyinatla iş başına keçən şəxslər əhalinin problemləriylə məşğul olmurlar.

“Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliki illərdir yubadır, yerinə yetirmir. Təbii, biz arzu edərdik ki, yerli icra hakimiyyəti orqanlarıyla yanaşı, hətta onların səlahiyyətlərinin bir çoxu yerli özünüidarəetmə orqanlarına verilsin və seçki instutu inkişaf etsin. Bu baxımdan şəhərlərdə bələdiyyələrin yaranması ,o cümlədən rayon icra hakimiyyəti institutlarının ləğv edilməsi, onların iqtisadi regionlar üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunması prosesi paralel şəkildə aparılmalıdır”.

Nazim Bəydəmirli - açıq mənbədən götürülüb

N. Baydəmirli yerli özünüidarə orqanlarının effektiv fəaliyyəti üçün şəffaf seçkilərin keçirilməsinin labüd olduğunu qeyd edir və vurğulayır ki, əks halda bu istiqamətdə aparılan işlərin heç bir real nəticəsi olmayacaq.

N. Cəfərli də bu prosesdə seçkinin əhəmiyyətinə vurğu edir. Onun sözlərinə görə, seçkilərə inam olmayacaqsa, bələdiyyə sahəsində aparılan dəyişikliklərin faydası olmayacaq.

“Vətəndaş anlamalı və əmin olmalıdır ki, onun seçdiyi şəxs bələdiyyəyə üzv seçiləcək.İnam və güvən olmasa, bu dəyişikliklərin əhəmiyyəti olmayacaq” , - deyə o bildirib.

Azərbaycanda bələdiyyə seçkiləri beş ildən bir keçirilir. Sonuncu bələdiyyə seçkiləri 2019- cu ildə keçirilib

 

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo