Siyasət

Şəmkir və Neftçalada vəzifəli şəxslərə cinayət işi açılıb 

15 Avqust, 2022
153

Açıq mənbələrdən götürülüb

Şəmkir və Neftçalada vəzifəli şəxslər barəsində cinayət işi açılıb, bir nəfər həbs edilib.

Bu barədə avqustun 15-də Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Çinarlı qəsəbə üzrə nümayəndəsi - “Acı arx” Sudan İstifadəedənlər Birliyinin İdarə heyətinin sədri Abbasov Elçin İsmayıl oğlunun 2021-2022-ci illər ərzində xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin qəsəbə ərazisində yaşayan ayrı-ayrı şəxslərdən istifadələrində olan əkin sahələrinin suvarılmasının təşkil edilməsi üçün kütləvi şəkildə hər hektar torpaq sahəsinə görə 500 manat olmaqla müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına, eləcə də torpaq istifadəçilərinə suvarma üçün suyun verilməsini qismən həyata keçirib təsərrüfatlarına qəsdən ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən hallarla bağlı cinayət işi başladılıb. Elçin Abbasova Cinayət Məcəlləsinin ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə və təkrar rüşvət alma maddələri ilə ittiham elan edilib. Həmçinin onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

https://toplum.tv/siyaset/semkirde-emeliyyat-vezifeli-sexs-saxlanildi

Eyni ittihamlarla Neftçala rayon “Bərəkət”, “Qaravəlli” və digər sudan istifadəedənlər birliklərinin, habelə Neftçala Suvarma Sistemləri idarəsinin vəzifəli şəxsləri barəsində də cinayət işi başlanılıb.

Bildirilib ki, vurulmuş ziyanın məbləğinin müəyyən olunması istiqamətində istintaq davam etdirilir.

Siyasət

ABŞ Azərbaycanı ATƏT-lə əməkdaşlığa çağırır

7 Oktyabr 2022
"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və bu işdə tərəflərə yardımın göstərilməsində yaxından iştirak edir". Bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter dünən ATƏT-in Vyanadakı Daimi Şurasına ünvanladığı müraciətində bildirib. Bu barədə "Azadlıq radiosu"nun Ermənistan şöbəsi məlumat yayıb.  Səfir ABŞ-ın səylərini, xüsusilə də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təşkil olunan görüşün əhəmiyyətini vurğulayıb. https://toplum.tv/siyaset/ermenistan-azerbaycanin-erazi-butovluyunu-tanidi Karpenterin müraciətində ​​ABŞ, Ermənistan və Azərbaycanın xarici işlər orqanlarının rəhbərləri - Entoni Blinken, Ararat Mirzoyan və Ceyhun Bayramovun üçtərəfli görüşünün vacibliyi qeyd olunub və...
Siyasət

ABŞ Dövlət Departamenti Edilli kütləvi məzarlığı barədə açıqlama verib

7 Oktyabr 2022

Rəsmi səhifə

ABŞ Dövlət Departamenti Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş kütləvi məzarlıqla bağlı açıqlama verib. Bu barədə informasiya qurumun rəsmi saytında dərc olunub.  Departamentin sədr müavini Vedant Patel məsələylə əlaqədar bildirib ki, Birinci və İkinci Qarabağ müharibələri zamanı hərbi cinayətlərdə təqsirli olan bütün şəxslər məsuliyyətə cəlb edilməlidir. “Biz uzun müddətdir davam edən bu münaqişə nəticəsində insan tələfatından sarsılmışıq və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bu münaqişə zamanı çoxlu ailələr öz yaxınlarını itirib”, - deyə o qeyd edib.  https://toplum.tv/sosial/edillide-qazintilar-davam-etdirilecek Xocavəndin Edilli kəndindəki kütləvi məzarlıq oktyabrın 4-də aşkarlanıb. Qazıntılar zamanı məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən...

Seçilmiş Videolar

Toplum TV loqo