Sentyabr toqquşmalarında ölən erməni hərbçilərinin rəsmi siyahısı açıqlandı
Açıq mənbələrdən götürülüb
Sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar nəticəsində ölən erməni hərbçilərinin ilkin siyahısı açıqlanıb. Siyahıda 93 hərbçinin adı var.
"Novosti-Armeniya"nın noyabrın 3-də verdiyi xəbərə görə, ilkin siyahı Ermənistan Hərbi Sığorta Fondunun rəsmi saytında dərc olunub.
https://toplum.tv/siyaset/ab-ermenistan-ve-azerbaycan-serhedine-40-neferlik-ekspert-qrupu-gonderir
Sonuncu dəfə MDB Dövlət Başçıları Şurasının oktyabrın 14-də keçirilən iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrda Azərbaycanla hərbi toqquşmalar nəticəsində həlak olanların və itkin düşənlərin sayının 210 nəfəri ötdüyünü bəyan etmişdi.
Azərbaycan-Ermənistan sərhəd toqquşması — 2022-ci ilin 12-14 sentyabr tarixlərində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verib.
Tərəflər atəşkəsin pozulmasına görə bir-birini ittiham edib.
Azərbaycan Müdafiə Nazirliyi toqquşmalar nəticəsində 71 hərbçisinin həlak olduğunu açıqlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
mfa.gov.az
Açıq mənbələrdən götürülüb