Siyasət

Sərhəddə azərbaycanlı və erməni hərbçilər arasında dava düşüb?

18 May, 2021
95

Sputnik

Vardenis rayonunda erməni və azərbaycanlı hərbçilər arasında dava olub. 

Bu barədə mayın 18-də "Sputnik" Ermənistan Müdafiə Nazirliyindəki mənbəsinə istinadən məlumat yayıb. 

Bildirilir ki, insidentin qarşısı tezliklə alınıb və məsələ böyüməyib. 

"Dünən hərbi qulluqçular arasında mübahisə düşüb, ancaq məsələ tezliklə də yoluna qoyulub", - Müdafiə Nazirliyindəki mənbə deyib. 

Ermənistanın sosial şəbəkələrində yayılan xəbərlərə görə, iki tərəfin hərbi qulluqçuları tutaşan zaman azərbaycanlılar az qala Ermənistan Hərbi Qüvvələrinin postlarına daxil olublar. 

Azərbaycan və Ermənistan sərhəddindəki Qaragöl bölgəsində gərginlik bir neçə gündür ki, davam edir. 

Bu gün Rusiya Xarici İşlər Nazirliyi məsələylə bağlı məlumat yayıb. 

Nazirliyin press-relizində qeyd olunur ki, Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

"İnsidentlərdən qaçmaq üçün Azərbaycan-Ermənistan sərhədində delimitasiya prosesinin başlaması vacibdir", - deyə Rusiya XİN-in açıqlamasında vurğulanıb. 

Siyasət

Müdafiə Nazirliyi: mütəxəssislər mina xəritələrinin təhlilini aparır

20 İyun 2021

TRT

Müdafiə Nazirliyinin rəsmisi polkovnik-leytenant Anar Eyvazov Ermənistanın Azərbaycana verdiyi Ağdamın minalanmış ərazilərinin xəritəsinin bir qisminin 50, digər qisminin isə 20-30 faiz doğru çıxması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumata aydınlıq gətirib. Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunur ki, hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır və bu iş praktiki olaraq ərazidə həyata keçirilir. “Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə, indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Anar Eyvazov zamanı çatdıqca əldə olunan nəticələrin ictimailəşdiriləcəyini bildirir....
Siyasət

Gürcüstanın xarici işlər naziri: "Trio formatında əməkdaşlığın davam etdiriləcəyinə ümid edirəm"

19 İyun 2021

Banker.az

“Cənubi Qafqaz regionunda sülhün əldə edilməsi birgə iqtisadi layihələrin həyata keçirilməsini şərtləndirir”. Bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunun "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanlar” adlı panelində çıxış edərkən deyib. D.Zalkaliani həmçinin qeyd edib ki, regional əməkdaşlığı inkişaf etdirmək Gürcüstan və qonşu ölkələr üçün prioritetdir: “Azərbaycanla əla əlaqələrimiz var, biz strateji tərəfdaşlarıq. Türkiyə bizim strateji tərəfdaşımızdır. Biz Ermənistanla da tarixən yaxın əlaqələrimizi inkişaf etdiririk. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlıq üçün əla praktiki təcrübəmiz var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələrdə kollektiv şəkildə iştirak edirik və bu, əməkdaşlığın...
Seçilmiş Videolar