Siyasət

Sərhəddə toqquşmalar: Sülhə məcburetmə, yoxsa Rusiyanın maraqlarına işləmək?

Roza Məmmədova
13 Sentyabr, 2022
100

Açıq mənbələrdən götürülüb

“Qarabağda baş verən gərginlik istənilən halda Rusiyanın xeyrinədir”.

Siyasi təhlilçi Şahin Cəfərli  Ermənistan-Azərbaycan sərhəddində baş verənləri belə qiymətləndirir.

Sentyabrın 13-nə gecə Azərbaycanın teleqram kanallarında Kəlbəcər istiqamətində qızğın döyüşlərin getməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan keçirdiyi əməliyyata “Qətiyyətli cavab” adı verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib ki, son bir ayda Ermənistan Silahlı Qüvvələri dövlət sərhədinin Laçın, Gədəbəy, Daşkəsən və Kəlbəcər rayonları istiqamətində təxribatlar törədib.

https://toplum.tv/siyaset/rusiya-serheddeki-toqqusmalarla-bagli-beyanat-verdi

Bəyanatda bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hərbiləşməni artırması, bölgədə ağır texnika və iri çaplı silahlar yerləşdirməsi Ermənistanın genişmiqyaslı hərbi təxribata hazırlaşdığını göstərir.

Yeni hərbi toqquşmalar barədə Azərbaycan tərəfinin nə qədər itki verməsi hələ rəsmi şəkildə təsdiqlənməsə də, Ermənistan tərəfdən azı 49 nəfərin həlak olduğu bildirilir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı deyib və əlavə ki, bu rəqəm ata bilər.

Dövlət sərhədində gərginliyin baş verməsi nə ilə bağlıdır?

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov baş verənləri Ermənistanın hələ də öhdəliklərini yerinə yetirməməsi ilə izah edir. O hesab edir ki, sərhəddə baş verənlər Azərbaycanın sülhəməcburetmə əməliyyatıdır:

“İki il bundan qabaq Ermənistan Azərbaycan ərazisi sayılan Qarabağ iqtisadi zonasından, hazırda Rusiya sülhməramlıların müvəqqəti nəzarətindəki ərazidən hərbçilərini çıxarmalıydı. Ancaq bunu indiyə qədər etməyib. Hətta “Qisas əməliyyatı” zamanı gördük ki, onların həmin ərazidə ağır silahları və texnikalarını göstərən kadrlar var. 

Tofiq Zülfüqarov - BBC

Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüb, amma nədənsə bu da ləngiyir. Yəni bu məsələləri nəzərə alaraq başa düşməliyik ki, Azərbaycan təxribata cavab olaraq hərbi sahədə lazımı addımları atır və Ermənistanı sülhə məcbur edir”.

“Gərginliyin davam etməsi Rusiyanın xeyrinə ola bilər”

Şahin Cəfərli isə baş verənləri nikbin dəyərləndirmir. Siyasi şərhçi “feysbuk” hesabında yazır ki, gərginliyin davam etməsi Rusiyanın xeyrinə ola bilər:

“Ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır. İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün çox asan işdir.

https://toplum.tv/siyaset/iran-beyanat-verdi-serhedlerin-deyisdirilmesi-qebuledilmezdir

Digər tərəfdən, etiraf etməliyik ki, Azərbaycanın lokal (yalnız lokal) əks tədbirlər görməsi də Rusiyanın marağına uyğundur. Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə göz yumublar, əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına (məsələn, Qarabağın tam nəzarətə götürülməsi və bu məsələnin bitirilməsi) imkan vermək istəməyəcək. Ermənilərin provokativ davranışları (burda şəxsən Paşinyanın rolu olduğuna şübhəm var) və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir”.

Şahin Cəfərli - Sosial Media

Ş.Cəfərlinin fikrincə, bu gərginlik fonunda Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır.

“Bütün dünya görür ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər. Qərb qorxuya düşür və fikirləşir ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə Ermənistan dövlətini və Qarabağ ermənilərini məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq...”

Siyasət

Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat: saxlanılanlar var

4 Oktyabr 2022

Açıq mənbələrdən götürülüb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Lənkəran Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Bu barədə oktyabrın 4-də Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.  Əməliyyat zamanı bir neçə vəzifəli şəxs saxlanıldığı bildirilir. APA-nın xəbərinə görə, saxlanılanlardan biri də İH-nin Memarlıq və tikinti şöbəsinin müdiri, rayonun baş memarı Elgün Abdullayevdir.
Siyasət

Həbs edilmiş siyasi mühacir aclıq aksiyasına başladı

4 Oktyabr 2022

Sosial Media

Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilmiş Anar Əliyev oktyabrın 3-dən quru aclığa başlayıb.  "Turan" xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, Nizami rayon polis idarəsinin müvəqqəti saxlanma yerində saxlanılan Əliyev ona qarşı siyasi və qurama ittiham irəli sürülməsinə, ailəsinə təzyiq olunaraq ölkədən çıxışına məhdudiyyət qoyulmasına etiraz əlaməti olaraq quru aclığa başlayıb. Anar Əliyev iyulda xəstə atasına baş çəkmək üçün Almaniyadan Azərbaycana gəlib. Almaniyada Əliyevin ailəsi humanitar səbəblərlə əlaqədar Almaniyadan sığınacaq alıb. Bir neçə həftə sonra o, polis tərəfindən saxlanılıb və narkotik ticarətində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq...

Seçilmiş Videolar

Toplum TV loqo