açıq mənbədən götürülüb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın dövlətlərarası sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər.
Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Avropa Ittifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin mayın 24-də keçirilən ilk görüşünü yüksək qiymətləndirib.
Ş.Mişel bu barədə özünün "Twitter" hesabında yazıb: “Bu gün Ermənistan-Azərbaycan sərhədində dövlətlərarası sərhədin delimitasiyası və sabitliyin vəziyyətin ciddi təmin edilməsi ilə bağlı müzakirələrin aparılması üçün Sərhəd Komissiyasının ilk iclasını səmimiyyətlə salamlayırıq”.
Şarl Mişel onu da qeyd edib ki, Baş nazir Nikol Paşinyan və Prezident İlham Əliyevlə üçtərəfli görüşdən sonra nəzərəçarpacaq irəliləyiş var.
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?