Rəsmi səhifə
“Jurnalistin izlənməsi faktı hiddət doğurur”
"Meydan TV"-nin məlumatına görə, "Sərhədsiz Reportyorlar" Təşkilatı minlərlə insanın dinlənilməsi ilə bağlı məsul şəxslərə qarşı məhkəmə iddiası açmaq niyyətindədir.
Bildirilib ki, 20 ölkədən 200 jurnalistin izlənməsi faktı hiddət doğurur.
""Pegasus” casus proqramından istifadə barədə məlumatlar izləmə miqyasını nəzərə alaraq şok və nifrətə səbəb olur. Bu, jurnalistlərin təqib edilməsi üçün yaradılmış iyrənc bir vasitədir", - təşkilatın baş katibi Kristof Deluar belə deyib.
Onun sözlərinə görə, proqramın tərtibçisi - “NSO Group”un törətdiyi cinayətə görə və onun mümkün etdiyi faciələrə görə cəzalandırılması üçün əllərindən gələni edəcəklər:
"Demokratik ölkələrdə ədalət mühakiməsi sistemləri bu fövqəladə məsələyə baxmalı, faktları müəyyənləşdirməli və günahkarları cəzalandırmalıdır. Təşkilat bir və ya bir neçə ölkədə məhkəmə iddiaları barədə qərar qəbul edib. Biz jurnalistləri və KİV-ləri casus proqramın ifşa olunmasında iştirak etmək üçün bizimlə əlaqə saxlamağa çağırırıq".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür