Açıq mənbələrdən götürülüb
"Sərhədsiz Reportyorlar" beynəlxalq mətbuat azadlığını müdafiəsi təşkilatının baş katibi Kristof Deluar Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın ünvanına tənqidlərini qəbul etmir.
"Turan"ın sentyabrın 29-da verdiyi məlumatda bildirilir.
Azərbaycan Prezidenti "France - 24" telekanalına müsahibəsində "Sərhədsiz Reportyorlar"ı qərəzli olmaqda və "Azərbaycana qarşı ədalətsiz münasibətdə" ittiham edib.
Təşkilatın bununla bağlı bəyanatında deyilir ki, dünya mətbuat azadlığı reytinqində Azərbaycan 180 ölkə arasında 167-ci yeri tutur. Aparıcı müstəqil xəbər saytlarına giriş bloklanıb. Mühüm kütləvi informasiya vasitələrinin əksəriyyəti susmaq və ya xaricə köçmək məcburiyyətində qalıb. Ölkədə qalan az sayda müstəqil jurnalistlər istənilən vaxt həbsxanaya düşmək riski ilə üzləşirlər.
Kristof Deluar bildirib ki, 2005-ci ildə yüksək səviyyədə korrupsiyanı araşdıran jurnalist Elmar Hüseynovun qətlində əsas şübhəli bilinən şəxslər hələ də azadlıqdadır. Hakimiyyət 40 jurnalisti (onların bəzisi xaricdə yaşayır) izləmək üçün "NSO Group"-un "Pegasus" casus proqramından istifadə edib.
"Belə olan halda “Sərhədsiz Reportyorlar”ın mövqeyini ədalətsiz hesab etmək olarmı?" - bəyanatda deyilir.
Bakının narazılığının səbəbi odur ki, “Sərhədsiz Reportyorlar” Fransanın Nant şəhərində azərbaycanlı bloger Məhəmməd Mirzəliyə hücumun Azərbaycan hakimiyyəti tərəfindən təşkil edildiyini bildirib.
Rəsmi səhifə
Rəsmi səhifə
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?