Siyasət

"Sərhədsiz Reportyorlar": Qəzetlər də jurnalistlər kimi öldürülür

29 İyun, 2021
2085

Sosial Media

“Azərbaycanın son müxalifət qəzeti olan “Azadlıq” 2016-cı ilin sentyabrında çapını dayandırmaq məcburiyyətində qaldı. Hazırda “online” fəaliyyət göstərir”.

"Meydan TV"-nin məlumatına görə, bu fikirlər iyunun 28-də "Sərhədsiz Reportyorlar"ın ("Reporters Without Borders" - RSF) son 5 ildə dünyada çapını dayandırmağa məcbur edilmiş qəzetlər barədə yaydığı hesabatda əksini tapıb.

Hesabatda bildirilir ki, dünyada çapının dayandırmağa məcbur qalan ən son qəzet “Apple Daily”dir. Qəzet iyunun 23-də Honq Konq və Çin hökumətlərinin təzyiqi ilə bağlandığını elan edib: “Bu qəzetin qapanması hüquqi təqib və iqtisadi sıxışdırma ilə qəzetlərin bağlanmağa məcbur edilməsinə nümunədir”.

Bunun kimi Rusiyada "Vtimes" saytı, Mərakeşdə “Əxbar əl-Yövm”, Birmada “7 Day News” və “Eleven” qəzetləri də bağlanıb. Səbəb Birmada 2021-ci ilin fevralında baş vermiş dövlət çevrilişidir. Həmin bir neçə həftə ərzində ölkənin bütün müstəqil media qurumlarının sonu gəlib. Hərbi xunta martda bir çox medianın lisenziyalarını ləğv edib.

“Jurnalistlər qətlə yetirilir, onlara fiziki zorakılıq tətbiq edilir, elə qəzetlər də onlar kimi öldürülür. Bu, adi hal alıb”, - RSF-in baş katibi Kristof Delua belə deyir.

Təşkilat qeyd edib ki, bir çox ölkələrdə qəzetlərin qapadılması, başqa sözlə, onların “öldürülməsi” insanları qətlə yetirilməsindən az səs yaradır: "Elə buna görə də beynəlxalq ictimaiyyətin diqqətindən yayınır. Belə məsələləri diqqətli araşdırmayanlar düşünər ki, bu qəzetlər səriştəsiz redaksiya işinin və ya ictimai marağın azalmasının qurbanıdır. Ancaq elə deyil. Bu qəzetlər əksər vaxtlarda qəsdən ölümə tərk edilir. Bu da informasiya almaq hüququnu pozur və gələcək üçün dəhşətli nəticələri olur”.

Məqalədə bildirilir ki, məsələn, Çin hökuməti “Apple Daily” qəzetininin aktivlərini dondurub.

Qəzet elə bir vəziyyətə düşüb ki, işçilərinin əmək haqqını ödəyə bilməyib.

Elə fəaliyyətini dayandıran “Əxbar əl-Yövm” qəzetinin sonu da buna oxşar olub: “Qəzet 2009-cu ildən çap olunurdu və hökuməti tənqid edirdi. Qəzetin redaktoru Tavfiq Buaxarin 2018-ci ildə həbs olundu. Bundan sonra dövlət sektoruna bu qəzetə reklam vermək qadağan edildi və qəzet mətbuata yardım fondunun dəstəyindən məhrum edildi”.

Misirin “Tahrir News” müstəqil qəzeti 2015-ci ildən internet üzərindən yayımlanırdı. Hakimiyyət 2020-ci ildə heç bir açıqlama vermədən saytı bloklayıb.

Kambocada da oxşar hadisə olub. 24 il ingilis dilində çap edilən “Cambodia Daily” qəzeti 2017-ci ildə bağlanmağa məcbur edilib. Səbəb iqtisadi boğulma və vergi təzyiqidir.

40 il ərzində çap edilən Nikaraquanın “El Nuevo Diario” qəzeti də 2019-cu ildə çapını dayandırıb.

Qeyd edilir ki, qəzet 2018-ci ilin antihökumət etirazlarını geniş geniş işıqlandırıb. Hökumət də cavabında qəzeti elə hala salıb ki, çap boyası və kağızını da ala bilməyib.

Qəzetləri təkcə iqtisadi çətinliyə salmırlar. RSF bildirir ki, onları həm də hüquqi qısnamaya məruz qoyur, qanunvericilik aktları ilə təqib edirlər.

Məsələn, Rusiyada “Vtimes” saytının açılandan bi il sonra qapadılmasına səbəb hakimiyyətin onu yeni qanunvericilik əsasında “xarici agent” elan etməsidir.

Sayt açılacaq cinayət işinin qarşısını almaq üçün qapanma qərarı verib.

Tacikistanın “Axbor” xəbər saytı da eyni yolla qapadılıb. Sayt hökuməti tənqid etdiyi üçün onun “qara siyahı”sına düşüb.

Burkina Fasoda da “Mutations” qəzeti cinayət təqibi ilə qapadılıb. Məhkəmə qəzetin redaktoruna qarşı 26 min avroluq təzminat hökmü çıxarıb. Daha sonra qəzet çapını dayandırmağa məcbur qalıb.

Zambiyada “The Post” qəzetindən guya ödənməmiş milyonlarla dollarlıq vergi tələb olunub. Bildirilir ki, vergi qanunundan qərəzli istifadə qəzetin sonunu gətirib.

RSF bəyan edib ki, Türkiyədə 2016-cı ildə baş tutmayan çevriliş cəhdinin ardınca elan olunmuş fövqəladə vəziyyət şəraitində “Zaman” və “Taraf”, habelə kürdyönlü “Özgür Gündem” qəzetləri bağlanıb.

Qəzetlərin onlarca jurnalistinə qarşı “terrorçu təşkilatın üzvlüyü” və “milli təhlükəsizliyə təhdid” ittihamları irəli sürülüb. Onlardan bir çoxu həbs edilib.

Macarıstanda isə 65 il bundan əvvəl sovetlərə qarşı qiyam zamanı çapa başlamış “Nepszabadsag” qəzeti 2016-cı ildə çapını dayandırıb.

Çapı dayanmadan öncə Macarıstanın "Mediaworks" holdinqinin rəhbəri “Nepszabadsag” jurnalistlərinin nəşriyyatın binasına buraxılmaması barədə qərar verib.

Bundan az sonra Mediaworks Macarıstanın baş naziri Viktor Orbana yaxın sayılan başqa bir media qrupuna satılıb.

RSF yazır ki, bir çox qəzetlər qısnamadan xilas olmaq yolunu internet versiyasına keçməkdə görüb.

75 illik çap tarixindən sonra Venesuelanın aparıcı “El Nacional” qəzetinin çap versiyası qadağan olunub, qəzet “online” çıxır.

Nigerin aparıcı gündəlik qəzeti olan “L’Evenement” da internet versiyasına keçib.

Redaktoru qəzeti məhv olmaqdan xilas etmək üçün ferma saxlayır, inək və dəvə südü, manqo satışı ilə məşğuldur.

Uzun illər ölkənin siyasi və hərbi rəhbərliyindəki korrupsiyadan yazan qəzet 2018-ci ildə reklamdan məhrum edilib və çap versiyasını dayandırıb.

RSF qeyd edir ki, qəzetlərin iqtisadi imkanlarının boğulması, onlara qarşı hüquqi qısnama geniş yayılmış təcrübədir.

Müstəqil qəzetləri susdurmaq üçün belə yollara əl atan ölkələrin əksəriyyəti Sərhədsiz Reportyorların 180 ölkəni əhatə edən “2021 Dünya Mətbuat Azadlığı İndeksi”ndə aşağı və ya çox aşağı səviyyədədir.

Məsələn, Hong Kong 80, Zambiya 115, Nikaraqua 121, Fas 136, Myanmar 140, Kamboca 144, Venezuela 148, Rusiya 150, Türkiyə 153, Misir 166, Azərbaycan 167, Tacikistan 162, Çin 177.

İstisnalarla 37 və 59-cu sırada yer alan Burkina Faso və Nigerdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Xocalıda erməni sakinlərin nümayəndələriylə görüşün nəticələri açıqlandı

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Xankəndi və Xocalıda qurulacaq səhra hospitalında Azərbaycan və erməni əsilli tibb heyətinin birgə fəaliyyəti təklif edilib. Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i AR Prezident Administrasiyası Xocalı şəhərində baş tutan görüşlə bağlı bildirib. Qurumun açıqlamasına görə, sentyabrın 25-i keçirilən görüş Qarabağın erməni sakinləri ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov və erməni sakinlərin təmsilçiləri ilə arasında keçirilib. Belə ki, 21 sentyabr "Yevlax görüşü"-nün davamı kimi keçirilən konstruktiv görüş zamanı humanitar yardımın təminatı, yanacaq təchizatı və elektrik verilişinin bərpası ilə bağlı razılıq ifadə olunub. Müzakirədə Xankəndi şəhəri də daxil olmaqla ərazidə kommunal, səhiyyə xidmətləri və digər mülki fəaliyyətlə məşğul...
Siyasət

Rəsmi Moskva: 2020-ci ildə Ermənistanın tam kapitulyasiyasına Putin imkan verməyib

Toplum TV
25 Sentyabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın 24 sentyabr 2023-cü il tarixli müraciətində “Rusiyaya qarşı qəbuledilməz hücumlar var və bunu rədd etməkdən başqa seçim ola bilməz”.  Toplum Tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sentyabrın 25-də verdiyi bəyanatda deyilir. Rəsmi Movkva növbəti dəfə bəyan edib ki, Nikol Paşinyan daxili və xarici siyasətdəki uğursuzluqlara görə məsuliyyətdən yayınmaq və günahı Moskvanın üzərinə atmaq istəyir: "Paşinyanın son müddəaları Qərbdən ilhamlanan və rəsmi Yerevanın təkan verdiyi proseslərin, ölkəmiz və müttəfiqlik münasibətlərimiz üçün dağıdıcı proseslərin epizodik yox, sistemli xarakter daşıması ilə bağlı əvvəlki qənaətlərimizi təsdiqləyir". https://toplum.tv/siyaset/pmakron-rusiya-azerbaycanla-hemreydir-fransa-ermenistani-destekleyecekp XİN...

Seçilmiş Videolar

Toplum TV loqo