Siyasət

Seymur Həzi: "Türkiyə Əliyevə demək istəyir ki..."

Nigar Səmədli
26 İyul, 2021
2345

Rəsmi səhifə

“Türkiyənin münasibəti Allahşükür Paşazadənin dilindən ifadə olunan uğursuz siyasəti ifşa etmək üçün idi. Əliyevə başa salmaq istəyirlər ki, biz sənin bu balaca oyununu başa düşmüşük”.
 
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi “Toplum TV”-yə belə deyib.
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə “Təzəpir” məscidində iyulun 21-də bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanı Qarabağdakı qələbəyə Xameneinin fətvası aparıb: “Əgər bu gün bizim qonşularımız, arxamız bərk olmasaydı, qələbəmiz, bəlkə də, olmazdı. Odur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənablarına və Ayətullah Xameneyi həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneyinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı”.
 
Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın baş məsləhətçilərindən biri M.Mücahit Küçükyılmaz isə Allahşükür Paşazadənin bu açıqlamasına “Tvitter”də cavab yazıb: “Demək ki, Xameneyi Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş. Amma Xameneinin fətvası Xameneinin silahına qalib gəlib”.


 
Daha sonra “Gununsesi.info”-ya verdiyi müsahibədə A.Paşazadə sözügedən çıxışının təhrif olunduğunu bildirib, Küçükyılmazı isə dindən xəbəri olmamaqla ittiham edib: “Bu adam öz çıxışı ilə Azərbaycan və Türkiyə arasında olan qardaşlıq münasibətlərinə kölgə salır. Deyir ki, İran Ermənistana raket göndərir. Mən raketdən danışmamışam, Allahdan danışmışam, duadan danışmışam. Onun cümləsində belə bir fikir var idi ki, İran Ermənistana silah göndərir. Axı, sənin sübutun varmı? Prezident deyir ki, yox. Azərbaycan prezidentinin, onun köməkçisi Hikmət Hacıyevin çıxışında deyilib ki, belə bir şey olmayıb”.
 
“Mən heç vaxt heç kimin qucağında olmamışam. Məni ittiham edənlər çalışır ki, ölkədə sünni-şiə qarşıdurması yaratsın. Bu, başqa maraqlardan doğur. Hər şeyin fərqindəyik. Mən din adamıyam, nə İranın, nə də Türkiyənin adamı deyiləm. Azərbaycanın vətəndaşıyam”, - deyə şeyx bildirib.

Yadigar Sadıqlı - Sosial Media

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı deyir ki, Allahşükür Paşazadənin dedikləri Azərbaycan hakimiyyətinin İranla bağlı komplimentlərinin davamıdır: “Bir çox hallarda bu komplimentlər ən azı şişirdilmiş olur. Hikmət Hacıyevin “İran topçuları Zəngilan və Qubadlının 400 min əhalisini xilas etdilər” fikrində olduğu kimi. İran topçularının, həqiqətən, belə davranması mübahisə mövzusudur, amma mübahisəsiz olan odur ki, 1993-cü ildə Zəngilan və Qubadlı rayonlarında qeydiyyatda olan əhalinin sayı 70 mindən bir qədər çox olub. Şeyxin dediyində də çox böyük şişirtmə var. Əgər Birinci Qarabağ müharibəsi ilə bağlı xeyli miflər, əfsanələr ortaya çıxıbsa və artıq nəyin gerçək, nəyin yalan olduğunu ayırmaq gənclər üçün çətinləşibsə, İkinci Qarabağ müharibəsindən heç 1 il keçməyib və hər şey yaddaşlardadır. Qələbəmizdə Türkiyə və İranın rolunu eyniləşdirmək çox böyük ədalətsizlikdir”.
 
Y.Sadıqlı Türkiyədən verilən cavabın iki ölkə arasında münasibətlərə təsir edəcəyini düşünmür: “Azərbaycan-Türkiyə münasibətləri müstəqillik dövründən bəri ən yüksək səviyyəyə çatıb və şeyxə verilən cavaba görə pisləşəcəyi gözlənilmir. Hər halda Allahşükür Paşazadə dövlət rəsmisi deyil, Küçükyılmazın istehzalı cavabı da dövlət rəsmisinə ünvanlanmayıb. Ola bilər ki, rəsmi Bakı öz narazılığını pərdə arxasında ifadə etsin. Başqa bir şey isə olmayacaq. Əlbəttə, əgər münasibətlərin pisləşməsi üçün başqa, bizim bilmədiyimiz səbəblər yoxdursa”.
 
“Açıqlamanın rəsmi önəmi yoxdur”
 
Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan isə bu açıqlamanın rəsmi önəminin olmadığını deyir: “Azərbaycan İranla dünyəvi dövlət kimi əməkdaşlıq edir, Allahşükür Paşazadənin dedikləri isə dini çalarlıdır. Azərbaycan üçün İranla münasibətlər Azərbaycanla İsrail arasındakı əməkdaşlıqla, yaxud başqa bir xristian dövlətlə olan münasibətlərlə eyni formadadır. Bu baxımdan Allahşükür Paşazadənin açıqlaması Azərbaycanın dövlət siyasəti kimi qiymətləndirilməməlidir”.

Sədrəddin Soltan - Açıq mənbələrdən götürülüb

Ekspert Türkiyə rəsmisinin açıqlamasının da rəsmi xarakter daşımadığını ifadə edib: “Türkiyə demokratik bir dövlətdir. Orada dövlət rəsmisi və ya adi bir vətəndaş müxtəlif məsələlərə münasibət bildirməkdə sərbəstdir. Mücahit Küçükyılmaz fikir bildirərkən Türkiyə dövlətinin rəsmi mövqeyini ifadə etmir. O “Tvitter” səhifəsində bir fərd olaraq bu məsələyə münasibə bildirib. Bunun isə nə Türkiyə-Azərbaycan, nə də Azərbaycan-İran münasibətlərinə dəxli var. Eyni zamanda bu tviti Allahşükür Paşazadənin əlində bayraq etməsinə ehtiyac yoxdur. Məlumdur ki, o Türkiyə ilə münasibətləri pozmağa çalışır”.
 
“Türkiyə bu uğursuz siyasəti ifşa etdi”
 
Seymur Həzi isə deyir ki, Azərbaycan hökuməti İranla münasibətləri yaxşılaşdırmaq istədiyi üçün belə bir açıqlamaya ehtiyac duyub: “Burada ciddi məsələlərdən biri budur ki, Azərbaycan ona dəstək verən ölkələrin hamısının, məsələn Ukraynanın, İsrailin Böyük Britaniyanın adını çəkmir. Britaniya BMT səviyyəsində Azərbaycana dəstək verib, ancaq bununla bağlı hələ də rəsmi olaraq təşəkkür edilməyib. Fransa və Rusiyanın birgə hazırladığı qətnaməyə qarşı Britaniyanın mövqeyi olmasaydı, bizim üçün diplomatik vəziyyət və müharibənin sonrakı gedişatı çox gərgin olardı”.

Seymur Həzi - Sosial Media


 
“Şeyxin çıxışı Aərbaycanda olduğu kimi Türkiyədə də təəssüf və əsəb yaratdı. Burada yersiz və uğursuz bir siyasətə yol veriblər. Onlar düşünürdü ki, Allahşükür Paşazadə dövlət rəsmisi olmadığı üçün onun bəyanatı rəsmi qıcıq doğura bilməzdi. Amma hamı bilir ki, o, İlham Əliyevin ən yaxın adamıdır və bu, onun da mövqeyi sayıla bilər. Bunu İran başa düşdüyü kimi Türkiyə və Azərbaycan ictimaiyyəti də başa düşür”.
 
Bu gün, iyulun 26-da Mücahit Küçükyılmaz “Tviter” hesabında yeni tvit paylaşıb. Həmin tvitdə qeyd olunur: "Haqq-ədalət naminə, Azərbaycanın şeyxülislamı Allahşükür Paşazadə Qarabağ zəfəri üçün Prezidentimiz və Türkiyəyə də təşəkkür edib. Biz, insanlar gəlib keçiciyik, əbədi olan Türkiyə və Azərbaycan dostluğudur”.


 
İyulun 26-da isə Türkiyədə azərbaycanlıların rəhbərlik etdiyi “Haber Global” kanalı sözügedən açıqlama ilə bağlı “Azərbaycanın dini liderindən absurd açıqlama” başlığı ilə süjet yayımlayıb.
 
Kanalın mövqeyi olaraq bildirilib ki, Allahşükür Paşazadə Azərbaycan xalqının duyğularına sayqısızlıq edib: “Şeyxin hər bir açıqlaması haqlı olaraq böyük etiraza səbəb olub. Qarabağ islam torpağıdır, açıqlaması belə qərəzlidir. “Qarabağ Azərbaycandır” demək bu qədərmi çətindir?”
 
Materialın sonunda isə qeyd olunub ki, 72 yaşlı Allahşükür Paşazadə təqaüdə çıxmalıdır, çünki bütün Qafqazın şeyxülislamının İranın mollası kimi davranması qəbuledilməzdir.
 
“Haber Global” kanalı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sabiq rəhbəri Elnur Abdullayevə məxsusdur.
 
"Şeyxin vəzifədən çıxarılması real görünmür"
 
Seymur Həzi isə deyir ki, şeyxin vəzifədən uzaqlaşdırılması real görünmür: “Azərbaycan hökuməti Türkiyənin təzyiqi və ya istəyi ilə hansısa şəxsləri vəzifəsindən uzaqlaşdırsaydı, PKK-nın siyahısında olanları kənarlaşdırardı. Açıqcası, mən belə bir şey gözləmirəm”.
 
Azərbaycanın Şimali Kipri tanıması məsələsinə də toxunan AXCP sədrinin müavini bu məsələnin də Qarabağ problem kimi yarımçıq qaldığını deyir: “Azərbaycan Qarabağ məsələsini kökündən həll etsəydi, Şimali Kiprin tanınması prosesində heç bir problem olmazdı. İlham Əliyevin və Ərdoğanın yarımçıq siyasəti olmasaydı və Azərbaycan Xankəndini işğaldan azad etsəydi, indi Şimali Kiprlə bağlı rahat qərar qəbul etmək olardı. Ona görə də bu məsələdə Ərdoğanın məsuliyyəti İlham Əliyevin məsuliyyəti qədərdir”.
 
İyunun 20-də Şimali Kipr Türk Respublikasında (KKTC) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-nin paytaxtı Şimali Nikosiya şəhərindəki Hala Sultan məscidində Qurban bayramı münasibətilə bayram namazı qıldıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən bu məsələyə toxunub.
 
Azərbaycanın Dağlıq Qarabağ probleminin həllindən sonra Şimali Kipri tanıması ilə bağlı gözləntilərlə əlaqədar suala cavabında R. T. Ərdoğan qeyd edib ki, bu mövzuda tərəddüd ediləcək nəsə yoxdur: “Bunları qardaşım İlham Əliyevlə davamlı olaraq müzakirə edirik”.

Siyasət

Rusiya sülhməramlılarının komandanı yenə dəyişdi

25 Sentyabr 2021

APA

Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilir. APA-nın məlumata görə, görüş zamanı Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib. Qarabağ regionundakı Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov təyin edilmişdi. O, bu yaxınlarda missiyasını başa vurub. Qısa müddət ərzində bu vəzifəni general-mayor Mixail Kosobokovla yerinə yetirib. Hazırda estafet Gennadi Anaşkinə keçib.
Siyasət

Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Vüsalə Mikayıl
24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

"Burada milyonlarla məbləğdən söhbət gedir. Bunlar müsadirə olunmalı və dövlətə qaytarılmalıdır”.  Bu fikirləri “Toplum Tv”-yə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi məsələsini şərh edərkən deyib. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev sentyabrın 24-də mətbuata açıqlamasında bildirib ki, məhkumların xarici ölkələrdə yerləşən əmlakının müsadirə edilməsi, həmin əmlakın, yaxud onun dəyərinin ölkəyə qaytarılması məqsədilə zəruri tədbirlər görülür. Vüqar Əliyevin sözlərinə görə, bu hallarla bağlı artıq xarici dövlətlərin səlahiyyətli orqanlarına ünvanlanması üçün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq vəsatətlər hazırlanıb və aidiyyəti üzrə göndərilib. Hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, qanunla nəzərdə tutulmuş...
Seçilmiş Videolar