Siyasət

Siyasi fəal borcunu ödədikdən sonra azadlığa buraxılıb

24 Noyabr, 2022
47

Sosial Media

Ziya İbrahimov və ELçin Sadıqov

Bu gün Biləsuvar Rayon Məhkəməsi siyasi fəal Ziya İbrahimova qarşı cinayət işinə xitam verib. O, borcun ödənilməsilə bağlı məhkəmə qərarını yerinə yetirməməkdə ittiham olunurdu.

Vəkil Elçin Sadıqov "Turan"-a bildirib ki, müttəhim iki icra vərəqəsinə görə 9 min və 3,5 min manat ödəyib və məhkəmə cinayət işinə xitam verib. İbrahimov məhkəmə zalında sərbəst buraxılıb.

https://toplum.tv/mehkeme/mtn-isi-mehkemeye-qaytarilib-generallar-narazidir

İbrahimovun sözlərinə görə, saxlanıldığı müddətdə ona təzyiq olmayıb və səhhətindən şikayəti yoxdur.

İbrahimov bu il mayın 19-da Almaniyadan deportasiya edilib. O, hava limanında saxlanılıb və 30 sutka həbs edilib. Azadlığa çıxandan sonra məhkəmə qərarını icra etmədiyi üçün barəsində cinayət işi açılıb.

Hüquq müdafiəçiləri bildiriblər ki, söhbət keçmiş xanımı ilə əmlak mübahisəsi üzrə borcun ödənilməməsindən gedir. Siyasi mühacirətdə olduğundan borcu ödəmək üçün pul göndərib, ancaq vəsait qəbzsiz köçürülüb.

İbrahimov Biləsuvar rayonunda Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri olub. 2018-ci il prezident seçkilərindəki fəallığına görə təqiblərə məruz qalıb. Bundan sonra məcburən Almaniyaya mühacirət edib.

Ziya İbrahimov Almaniyadan deportasiya edilən və ötən ilin payızından həbs olunan altı fəaldan biri olub. Ondan öncə Mütəllim Orucov, Malik Rzayev, Cəfər Mirzəyev, Pünhan Kərimli və Samir Aşurov həbs ediliblər. Sonradan Azərbaycana özü gələn Anar Əliyev də həbs edilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Fransa Azərbaycanla bağlı daha bir qətnamə qəbul etdi - Bakıdan reaksiya

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

Fransa parlamentinin aşağı palatası (Milli Assambleya) Azərbaycana qarşı qətnamə qəbul edib.  Toplum TV xəbər verir ki, noyabrın 30-da qəbul edilən sənəddə "erməni hərbi əsirlərin dərhal və qeyd-şərtsiz azad olunması, Azərbaycan suveren Ermənistan ərazisinə hücumları davam etdirərsə, fərdi sanksiyaların tətbiqi" tələb olunur.  Səsvermədə 256 deputat qətnamənin lehinə səs verib, əleyhinə isə səs verən olmayıb. Anoloji qətnamə bir müddət əvvəl Fransa Senatında da qəbul olunmuşdu.   https://toplum.tv/siyaset/makron-azerbaycani-ittiham-edib-ermenistani-tek-qoymacaqlarini-bildirib Bu gün, dekabrın 1-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə ilə bağlı açıqlama yayıb. XİN bildirir ki, Azərbaycan əleyhinə qəbul edilmiş "yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda...
Siyasət

23 Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarılıb

1 Dekabr 2022

Açıq mənbələrdən götürülüb

23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib. Toplum TV xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.  Bildirilir ki, geri qaytarılma prosesi noyabrın 30-da baş tutub və “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində həyata keçirilib.  https://toplum.tv/multimedia/deportasiya-olunan-muhacirler-almaniyadan-edalet-teleb-edir Məlumatda Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu geri qaytarılan vətəndaşların yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində tədbirlərin görüldüyü də qeyd edilib. 

Seçilmiş Videolar

Toplum TV loqo