Siyasət

Siyasi fəal: "Mülki geyimli şəxslər polisin gözü qabağında məni döydülər"

Aytac Məmmədli
9 İyul, 2021
651

Sosial Media

Ehsan Zahidov: "İnandırıcı deyil"
 
“Kim olduqlarını, məni hara apardıqlarını soruşmağa çalışırdım, amma ağzımı açan kimi vururdular. Əlimi arxadan möhkəm bağlamışdılar deyə qançır olmuşdu. Mən neçə illərin müəllimiyəm, uşaq kimi başıma şillə vururdular”.
 
Siyasi fikirlərindən dolayı zorakılığa məruz qaldığını iddia edən D18 Hərəkatının üzvü Cəlil Zabidov “Toplum TV”-yə belə deyib.
 
İyulun 8-də D18 Hərəkatı məlumat yayıb ki, C. Zabidov heç bir əsas göstərilmədən Yardımlı Rayon Polis İdarəsi tərəfindən saxlanılıb.
 
Hərəkatdan "Arqument.az"a bildiriblər ki, onun bu təzyiqlərlə üzləşməsinin səbəbi siyasi motivli yazıları və tənqidi mövqeyi olub.
 
C. Zabidov saxlanılandan 2 gün sonra “Feysbuk” hesabında sərbəst buraxıldığını yazıb.
 
O deyib ki, iyulun 7-də saat 6-7 arası evdə oturduğu vaxt onu Yardımlı rayon polis idarəsinin rəisi Arif Babayev şöbəyə çağırıb: “Bu, xüsusi hal deyildi, çünki o məni tez-tez söhbət etməyə çağırırdı. Hər dəfə telefon üstümdə olurdu, bu dəfə götürməmişdim. Şöbənin qabağına getdim, polislərin işdən çıxan vaxtı idi. Elə bu vaxt boz mersedes saxladı, 4 nəfər mülkü geyimli şəxs maşından düşüb üstümə cumdu. Maşına basıb üst-başımı axtarmağa başladılar. Cibimdə 30 maat pul, bir də maşınımın açarı var idi. Açarı götürüb maşını yoxladılar. Şöbənin önündə də polislər dayanmışdı, onların gözü qabağında məni döyməyə başladılar. Mən də polislərə qışqırdım ki, görmürsünüz, məni döyürlər?”
 
Hərəkat üzvü deyir ki, onu maşına mindirib şöbədən uzaqlaşıblar: “Elə 1 km uzaqlaşmışdıq ki, maşını saxlayıb telefonumu istədilər, dedim ki, telefonum yoxdur, 1 il qabaq icra başçısının müavini sındırıb. Mənə dedilər ki, sən vətən xainisən, dövlət əleyhnə danışırsan. Dedim ki, mən dövlətini sevən adamam, dövlət əleyhinə yox, hakimiyyət, haqsızlıq əleyhinə danışmışam”.
 
“Masallıdan Bakıya gedən yolu tanımadılar, mən izah etdim. Onda başa düşdüm ki, bura adamı deyillər. Getdik, Bakıya çatdıq. Başımı oturacağa basmışdılar ki, hara apardıqlarını görməyim. Dedilər ki, bilirsən, bura haradır? Dedim, yox. Cavab verdilər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi - "Bandotdel". Otaqların birində bir neçə video göstərdilər ki, bunlar sənə aiddir? Dedim yox, mənə aid deyil. Səhifəmi göstərdilər ki, bu postları niyə paylaşmısan? Dedim ki, haqsızlıq görmüşəm, paylaşmışam”, - belə deyir Cəlil Zabidov.
 
C. Zabidovun sözlərinə görə, ona mülki şəxslər tərəfindən ancaq saxlanılan zaman və yolda zorakılıq edilib: ""Bandotdel"də pis qarşılamadılar, yemək, çay verdilər. Artıq məsələ ictimailəşmişdi. Gördülər ki, məni ittiham edəcək faktları yoxdur, normal davranmağa başladılar”.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov isə deyir ki, Zabidova qarşı zorakılıq hərəkətləri inandırıcı deyil: "Bu, inandırıcı deyil ki, polisin gözü qabağında kimsə döyülsün və ona müdaxilə olunmasın. Şikayətçi müraciət etsin, görək, onu döyənlər kim olub? Belə bir iddiası varsa, şikayət etmək hüququ da var”.

Siyasət

İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Bu gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında görüş baş tutub. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidmətindən məlumat verilib. Görüşün detalları barədə hələlik mətbuata geniş informasiya verilməyib. Bundan əvvəlsə İlham Əliyevin Şarl Mişel ilə təkbətək görüşü olub. APA xəbər verir ki, görüş zamanı Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib.   O, bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel isə Avropa...
Siyasət

İlham Əliyev və Şarl Mişel arasında görüş olub

22 May 2022

Rəsmi səhifə

Azərbaycan Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişellə təkbətək görüşü başlayıb. Bu barədə Prezident İlham Əliyevin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Şarl Mişel dövlət başçısını qarşılayıb, sonra birgə foto çəkdirilib. Bu gün Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş planlaşdırılır.

Seçilmiş Videolar

Toplum TV loqo