Siyasət

Siyasi şərhçi: "Bayden oyuna gəlmədiyini kobudluqla nümayiş etdirdi" 

Nigar Səmədli
25 Aprel, 2021
1366

Sosial media

“Türkiyə son illər Moskva ilə yaxınlaşmaqdan həm də Vaşinqtona qarşı təzyiq amili kimi istifadə edirdi. Bu siyasət Bayden gələnə qədər effekt verdi, amma artıq potensialını tükədib. Bayden kobudluqla bu oyuna gəlmədiyini nümayiş etdirdi”. 

Bunu siyasi şərhçi Şahin Cəfərli öz “Feysbuk” hesabında yazıb.

Zaur Əkbər: ""F-35" təyyarələri Türkiyəyə verilə bilər"

Zaur Əkbər - Sosial media

“Müdafiə Xətti”nin həmtəsisçisi Zaur Əkbər isə deyib ki, Baydenin bu açıqlaması gözlənilən idi: "Bayden administrasiyasına seçki kampaniyasında verdiyi vədin yerinə yetirilməsi ilə bağlı çox güclü təzyiq var. ABŞ prezidentinin 1915-ci il hadisələri ilə bağlı ənənəvi çıxışında soyqırım ifadəsini işlədəcəyi bu baxımdan gözlənilən idi. Belə görünür ki, dünən Baydenin Ərdoğana,  Entoni Blinkenin isə Çavuşoğluya telefon zəngində bu məsələni onlara əvvəlcədən bildirmək və yaxın gələcəkdə bunun əvəzində başqa dividentlərin Türkiyəyə verilməsi müzakirə olunub. Məsələn, Tramp dövründə "F-35" təyyarələrinin Türkiyəyə verilməsinə qoyulan embarqo aradan götürülə bilər”.

Zaur Əkbər Baydenin açıqlamasının Türkiyə ilə razılaşdırılmasına eyham vurur: "Həmişə 24 aprel öncəsi Türkiyə rəsmiləri xəbərdarlıq edirdilər ki, ABŞ administrasiyası ''soyqırımı'' ifadəsini işlədəcəksə, Vaşinqtonla müəyyən sahələr üzrə əməkdaşlığa embarqolar tətbiq ediləcək. Nədənsə, bu dəfə isə belə hallara rast gəlinmir”. 

Baydenin çıxışı ABŞ-Türkiyə münasibətlərində strateji qırılma yaradacaqmı?

Şahin Cəfərli düşünür ki, Vaşinqton və Ankara arasında ciddi problem yaşanmayacaq: “Dünənki telefon danışığında Bayden Ərdoğana “soyqırımı” ifadəsini işlədəcəyini desə də, iyunda NATO-nun zirvə toplantısında ikitərəfli görüş barədə razılığa gəliblər. Bu da onu göstərir ki, münasibətlərdə ciddi problem olmayacaq. Şübhəsiz ki, Baydenin müttəfiqlik ruhuna zidd davranışı ABŞ-Türkiyə münasibətlərinin atmosferini korlayan növbəti bir çalar olacaq. Türkiyə XİN-in bununla bağlı rəsmi açıqlaması, Ərdoğanın erməni patriarxına məktubu dövlət ciddiyyətinə uyğun bir mətndir. Ola bilər ki, Vaşinqtondakı səfir də məsləhətləşmələr üçün geri çağırılsın, amma bu hadisə Türkiyənin öz strateji kursuna yenidən baxıb, ABŞ-la əlaqələrini kəsməsinə, NATO-dan uzaqlaşaraq, tutaq ki, Rusiya və ya Çinlə müttəfiqlik qurmasına səbəb olmayacaq. Bunu Vaşinqtonda da bilirlər”. 

"Ərdoğanın xarici siyasətdəki səhvləri..."

Onun sözlərinə görə, Türkiyə dünyada “erməni soyqırımı”nın tanınmasının qarşısını almaq üçün əvvəlki qədər güc və enerji sərf etmir: “Məsələn, 2016-cı ildə Almaniya "erməni soyqırımı”nı tanıdı və bu qərar çox qısa müddət münasibətlərdə problem yaratdı. Türkiyə alman ordusunun "İncirlik" bazasından istifadəsinə müvəqqəti qadağa qoydu, amma qısa müddət sonra hər şey əvvəlki vəziyyətinə qayıtdı, hazırda siyasi, xüsusən də iqtisadi-ticarət əlaqələri yüksək səviyyədə davam edir. Yaxud Rusiyanın “soyqırımı” tanıması və həmin qərarda Türkiyə ərazilərinin "Qərbi Ermənistan" adandırılması, Putinin 100 illikdə İrəvandakı abidəyə əklil qoyması, Rusiyanın PKK-nı terror təşkilatı kimi tanımaması və PYD-YPG-yə Moskvada ofis verməsi Türkiyənin bu ölkə ilə münasibətlərinə nəinki mənfi təsir edib, əksinə, əlaqələrində ciddi inkişaf baş verib”. 

Ş.Cəfərli bu problemləri Türkiyənin parlament idarəetməsindən prezident idarəetməsinə keçməsiylə əlaqələndirir: “Bu iqtidar dönəmində, xüsusən prezident üsul-idarəsi tətbiq olunduqdan sonra Türkiyə diplomatiyası, XİN sistemi bir qədər kənara itələndi, bütün işlər, o cümlədən xarici siyasət tamamilə bir mərkəzdən - prezident sarayından idarə olunmağa başladı. Türkiyənin Amerikanı da, dünyanı da yaxşı tanıyan çoxlu sayda peşəkar diplomatı var. Amma prezident Ərdoğan türk diplomatlarına, ümumilikdə diplomat peşəsinə və onların iş üsullarına çox da etimad etməyən, hər şeyi öz əlində cəmləşdirməyi və qərarları təkbaşına, yaxud çox dar çərçivədə verməyi sevən lider tipidir. Xarici siyasətdə buraxılan səhvlərdən biri də İsrail dövləti və yəhudi icmaları ilə əlaqələrin korlanması oldu. Halbuki ABŞ-dakı İsrail lobbisi Konqresdə erməni və yunan lobbilərinin Türkiyə əleyhinə təşəbbüslərini dəfələrlə əngəlləmişdi. Nəticədə 2019-cu ildə Konqres ilk dəfə “erməni soyqırımı”nı tanıdı”.

Anar Məmmədli: "Çözüm Ermənistan və Türkiyənin qarşılıqlı anlaşmasından asılı olacaq"

Anar Məmmədli - Turan.az

"ABŞ prezidentinin bəyanatında erməni soyqırımı ilə bağlı hazırkı Türkiyə cəmiyyəti, dövləti və hakimiyyətinə yönəlmiş heç bir ifadə yoxdur. Əksinə keçmişin tənqidi, gələcəyə doğru çağırışlar var".

Bunu isə hüquq müdafiəçisi Anar Məmmədli "Feysbuk" hesabında yazıb.

"Nəzərə almaq lazımdır ki, belə sənədlər daha çox siyasi xarakter daşıyır, heç bir hüquqi öhdəlik və məsuliyyət yaratmır. Bunun üçün birinci dünya müharibəsinin iştirakçısı olan dövlətlər o zaman baş vermiş hərbi cinayətlərə dair beynəlxalq məhkəmə  keçirməli idi. Bunu isə 1918-21-ci illərdə həyata keçirmək olardı", - Məmmədli qeyd edib.

O bildirib ki, ümumiyyətlə, bu mövzunun qarşılıqlı ittihamlar olmadan çözümü erməni diasporaları və Ermənistan dövlətinin Türkiyə və onun cəmiyyəti ilə qarşılıqlı anlaşmasından asılı olacaq.

Aprelin 24-də ABŞ prezidenti Cozef Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi qətliamını "soyqırımı" adlandırıb.

Bayden həmin ifadəni "1915-ci il hadisələri”nin ildönümü ilə əlaqədar çıxışında səsləndirib. O, 1915-ci il hadisələrini "soyqırımı" adlandıran ilk ABŞ prezidentidir. 

“Erməni soyqırımı”nı bugünədək Almaniya, Argentina, Avstriya, Belçika, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Çili, Kipr, Çexiya, Ermənistan, Fransa, Yunanıstan, İtaliya, Liviya, Litva, Livan, Lüksemburq, Hollandiya, Paraqvay, Polşa, Portuqaliya, Rusiya, Slovakiya, İsveç, İsveçrə, Suriya, Vatikan, Venesuela, Uruqvay rəsmi şəkildə tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Naxçıvanın prokuroru vəzifəsindən azad edildi

31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Səbuhi Zəhmət oğlu Şahverdiyev Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsindən azad edilib. toplum TV xəbər verir ki, bu barədə yanvarın 31-də Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minib. https://toplum.tv/siyaset/naxcivanin-dovlet-gomruk-komitesi-legv-edildi Xatırlatma Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov ötən ilin noyabr ayında vəzifəsindən istefa verib. Bir müddət sonra onun qardaşı Məhərrəm Talıbov Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsini itirib. Həmçinin Vasif Talıbovun digər ailə üzvləri də vəzifələrindən azad olunublar.  Vasif Talıbov vəzifəsindən azad ediləndən sonra Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis edilib. Prezident İlham Əliyevin sərəncamıyla Fuad Nəcəfli xüsusi nümayəndə kimi Naxçıvana göndərilib. Vasif Talıbov vəzifədən gedəndən...
Siyasət

Ermənistan KİV: Vardanyan və Arutunyan arasındakı ixtilaf dərinləşir

Toplum TV
31 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Ermənistanın “Hraparak” nəşri Qarabağ separatçılarının “dövlət naziri” Ruben Vardanyan ilə qondarma "respublikanın prezidenti” Arayik Arutunyan arasında yeni ziddiyyətlər barədə məlumat yayıb. Toplum TV bildirir ki, “Hraparak” Vardanyanın və Arutunyanın Qarabağdakı erməni əhalisi ilə görüşlərinə diqqət çəkib.  https://toplum.tv/siyaset/pvardanyan-ermenistan-rehberliyinden-narazidirp Bildirilir ki, Vardanyanın Martuni rayonunun bir sıra kəndlərinin sakinləri ilə görüşüb. Görüş zamanı, o, Laçın yolundakı blokadanın mart-aprel aylarına qədər davam edəcəyini bəyan edib. Vardanyan deyib ki, qar əriməyə başlayanda su və işıq problemi olmayacaq. Eyni zamanda o, Azərbaycanla yeni müharibənin mümkünlüyünü də istisna etməyib. “Hraparak” yazır ki, eyni vaxtda, bazar günü Arayik Arutunyan Qarabağ sakinləri ilə qapalı görüş keçirib. Görüş zamanı o...

Seçilmiş Videolar

Toplum TV loqo